Bu gün:

Nanənin faydaları nələrdir?





Yaşıl yarpaqlı bitkilərin insan orqanizmi üçün faydaları hamı tərəfindən bilinir.


Nanə isə bu bitkilərin ayrılmaz hissəsidir. İllərdir həm masa ədviyyatı, həm də tibbdə dərman məqsədləri üçün istifadə olunan nanə  yaşıl yarpaqlı bitkilərə aiddir. 


Təravətləndirici və kəskin qoxusu sayəsində nanə bir çox sahələrdə istifadə edilə bilər. Yeməklərdə istifadə olunan bu bitki ədviyyat olmaqla yanaşı, həm sağlamlıq, həm də kosmetika vasitələrində tez-tez istifadə olunur. 


Nanənin tətbiq sahəsi olduqca genişdir. Tərkibindəki yağlar insan orqanizmi üçün çox faydalıdır. Xoş ətri ilə nanə bir çox sahələrdə ətir kimi də istifadə olunur. Xüsusilə, diş pastalarında, saqqızlarda və şərbətlərdə istifadə olunur. 


Nanə soyuqdəymə, bronxit, astma kimi bir çox xəstəliklərin müalicəsində dərman bitkisi kimi rol oynayır. Nanənin faydalarına nəzər salaq:


-Migren xəstələrində şiddətli baş ağrılarını azaldır


-Bədəndə yararsız hüceyrələrin çoxalmasının qarşısını alır


-Həzm sistemində yaranan iştahsızlıq, ishal və həddindən artıq qazın qarşısını alır və ürək bulanmasından əziyyət çəkən insanlara dərhal müsbət təsir göstərir



-Ağızda əmələ gələn zərərli bakteriyaların çoxalmasının qarşısını alıb ağız və diş sağlamlığını bərpa edir


-Soyuqdəymədən yaranan burun, boğaz tıxanmasının qarşısını alır


-Sinir və əzələ ağrılarına yaxşı kömək edir


-Kişilər üçün ciddi bir problem olan prostat xərçənginin yaranmasının qarşısını alır


-Qadınların menstrual ağrılarının aradan qaldırılmasına kömək edir


Mənbə:habertürk


Tərcümə etdi :Tərlanə Abdullayeva

Paylaş
Şərh əlavə et