Bu gün:

Hər gün siqaret çəkmək beyni balacalaşdırır


Alimlər daha əvvəl aşkar etmişdilər ki, siqaret çəkənlərin beyin ölçüləri çəkməyənlərə nisbətən daha kiçikdir. Ancaq siqaretin beyin kiçilməsinə səbəb olub-olmadığı aydın deyildi. ABŞ-ın Vaşinqton Universitetinin tədqiqatçıları tərəfindən aparılan yeni araşdırmada siqaretin beyni kiçildiyi güclü dəlillərlə nümayiş etdirilib.

Hələ nəzərdən keçirilməyən araşdırmada Britaniya vətəndaşlarının sağlamlıq qeydlərindən alınan beyin skan məlumatları təhlil edilib. Beyin skanlarına əlavə olaraq, komanda iştirakçıların sorğularını nəzərdən keçirdi və onları müşahidə edərək siqaret çəkmə vərdişlərini təhlil etdi. 

Tapıntılar nəticəsində hər gün siqaret çəkən iştirakçıların beyin həcmlərinin orta hesabla 7,1 kub santimetr kiçik olduğu müəyyən edilib. Müvafiq olaraq siqaret beyin hüceyrələrinin cəmləşdiyi beynin boz maddəsinin 5,5 kub santimetr azalmasına səbəb olur.

Neyronların azalmasına səbəb olur

Keçmişdə hər gün siqaret çəkmək neyronları birləşdirən uzun tel strukturları ehtiva edən ağ maddənin 1,6 kub santimetr azalmasına səbəb olurmuş. Əlavə təhlillər göstərdi ki, siqareti daha uzun müddət tərk edən insanların beyinlərində boz maddə miqdarı daha yaxınlarda siqareti buraxanlara nisbətən bir qədər yüksəkdir. 

Nümunə olaraq isə bir il əvvəl siqareti tərgitmiş şəxsdə boz maddənin həcmində 0,09 kub santimetr artım aşkar edilib. Siqareti buraxdıqdan sonra hər il boz maddənin həcminin artması ilə əlaqələndirilir.

Araşdırmada iştirak etməyən və tapıntıları kənar bir göz kimi şərh edən Pensilvaniya Dövlət Universitetindən Dajiang Liu,- "Tədqiqat diqqətlə aparıldı və nəticə ictimai sağlamlıq üçün çox vacibdir",- dedi.

Mənbə: Habertürk

Tərcümə etdi: Namiq Atamalıyev

Paylaş
Şərh əlavə et