Bu gün:

Güzgü arxasında kimsə varmı?


Güzgülər həmişə bir az sirr ehtiva edən obyektlərdir. Yaxınlaşanda həmişə şübhələndiyimiz, bir çox insanları dəli etdiyi deyilən, qorxu filmlərində sirr yaratmaq üçün istifadə edilən bu obyektlərin arxasında bizi izləyənlərin olub-olmaması həmişə maraq doğurur.

•Güzgü divara asıldıqda, arxasını yoxlamaq asandır: onu bir az irəli çəkərək arxasındakı divarı görəcəksiniz. Ancaq divara bərkidilmiş güzgülər həmişə insanlarda şübhə yaradır, çünki bu güzgülər çox güman ki, ikitərəfli olur. Siz güzgüyə baxdığınız zaman güzgünün digər tərəfindən kimsə sizə baxa bilər.
•İctimai yerlərdə güzgülərin iki istiqamətli olub-olmadığını işıqlandırma olmadan müəyyən edə bilərsiniz.

•Olduğunuz məkanda həddindən artıq işıq varmı? Əgər belədirsə, çox güman ki, içəridəki güzgülər iki istiqamətlidir. Ancaq zəif işıqlı yerdəsinizsə və güzgüdə özünüzü bir az qeyri-müəyyən görürsünüzsə, qorxmayın, qarşınızda dayandığınız adi bir güzgüdür. Çünki ikitərəfli güzgülərdə güzgünün olduğu yer yerləşdiyi yer digər tərəfdən ən azı 10 dəfə daha parlaq olmalıdır.

 Bu səbəbdən, zəif işıqlı yerlərdə belə bir təhlükə çox vaxt yoxdur. Bundan əlavə, ictimai tualetlərdə ikitərəfli güzgülərdən istifadə qeyri-qanuni olduğu üçün tez-tez rast gəlinmir.

 Bu güzgülər rentgen məqsədləri üçün istifadə edilmədiyindən, ümumiyyətlə, təhlükəsizlik məqsədi ilə istifadə olunur. Kinolarda gördüyümüz dindirmə otaqlarında belə güzgülərdən tez-tez istifadə olunur.

•Digər bir üsul güzgüyə işıq saçmaqdır. Əgər birinci texnika ilə razı deyilsinizsə, olduğunuz otaqda işıqları söndürün və güzgüdə fənər yandırın. Bu işıq hətta telefonunuzun fənəri də ola bilər. Qarşısında dayandığınız güzgü iki istiqamətlidirsə, bunu etməklə güzgünün digər tərəfindəki otağı işıqlandırıb nə baş verdiyini görə bilərsiniz. Tətbiq qanuni olmasa da, belə hallarda diqqətli olmaqda fayda var.

•Alış-veriş mərkəzlərində, yanacaqdoldurma məntəqələrində, otellərdə istifadə olunan güzgülər çox güman ki, birtərəflidir, çünki ikitərəfli güzgülərdən istifadə üçün bəzi qanuni sanksiyalar var. Bundan əlavə, əgər qarşınızdakı güzgü şüşədən deyil, metaldandırsa, bu güzgülərin iki istiqamətli olması qeyri-mümkündür. 

•İki tərəfli güzgüləri aşkar etməyin ən sadə yolu üzünüzü güzgüyə mümkün qədər yaxın qoyub arxanı görmək üçün əlinizi alnınıza qoymaqdır. İşığı əlinizlə bağladıqdan sonra güzgünün digər tərəfindəki otaq qəbul etdiyiniz işıqdan daha parlaqdırsa, güzgünün digər tərəfini də görmək mümkündür.

•Qarşınızdakı güzgüyə hələ də şübhə edirsinizsə, barmağınızla güzgüyə vurun. Güzgü bir istiqamətlidirsə, divarın qarşısında dayanarkən adi bir klik səsi çıxaracaq. Ancaq eşitdiyiniz səs daha yüksək və rezonanslıdırsa, güzgünün ikitərəfli olduğuna əmin ola bilərsiniz.

•İkitərəfli güzgülərin başqa bir xüsusiyyəti də onların çoxqatlı olmasıdır. Bu o deməkdir ki, güzgü iki istiqamətlidirsə, barmağınızı güzgüyə qoyduğunuz zaman güzgüdəki əksinizlə barmağınız arasında boşluq yaranacaq. Onu da qeyd edək ki, bu üsul digərləri qədər dəqiq məlumat vermir. 

•Əgər seçiminiz qalmayıbsa, son üsul güzgünü sındırmaqdır. Güzgünü sındırdığınız zaman, birtərəfli olarsa, təbii ki, qarşınıza bir divar çıxacaq, güzgü iki tərəfli olsa, izlənildiyiniz otağın sirrini işıqlandıracaqsınız.

İzləndiyiniz və təhlükə altında olduğunuzdan əmin olduğunuz zaman bu üsuldan istifadə etmək çox vacibdir. Çünki evinizdəki güzgülər yəqin ki, təhlükəsizdir.

Mənbə: Onedio.com

Tərcümə etdi: Fidan Əlizadə

Paylaş
Şərh əlavə et