Bu gün:

Qəhvə sağlamlığa faydalarına görə "çempiondur"


İmperial Kollecin tədqiqatçıları qanda yüksək kofein səviyyəsinin aşağı bədən çəkisi və 2-ci tip diabet riskinin azalması ilə əlaqəli olduğunu aşkar ediblər. 

Qəhvə uzun müddətdir ki, sağlamlığa faydalarına görə "çempion"dur, lakin burada təəccüblü bir şey var. Daimi qəhvə içənlər arıqlaya və 2-ci tip diabet risklərini azalda bilər.

London İmperial Kollecinin yeni bir araşdırması yüksək kofein səviyyəsinin bədən çəkisi və 2-ci tip diabetin uzunmüddətli risklərinə təsirini araşdırıb. Tədqiqatçılar, həmçinin kofeinin koronar arteriya xəstəliyi, insult, ürək çatışmazlığı və qeyri-müntəzəm ürək ritmi - atrial fibrilasiya kimi əsas ürək-damar xəstəlikləri ilə əlaqəsini də araşdırıblar. İmperator Kollecinin doktoru Dipender Gill deyir ki, araşdırmalar kofeinin piylənməyə - həddindən artıq yağ toxumasına təsirinə dair mühüm fikir yaradır.

İmperator Kollecinin tədqiqatçılarının nəticələri göstərir ki, yüksək kofein səviyyəsi aşağı bədən çəkisi və 2-ci tip diabet riskinin aşağı olması ilə əlaqələndirilir. 

Bəs kalorisiz kofeinli içkilər piylənmə ilə mübarizədə və tip 2 diabet epidemiyasının qarşısının alınmasında rol oynaya bilərmi? 

Buna cavab tapmaq üçün tədqiqatçılar Bristol Universiteti, London Gigiyena və Tropik Tibb Məktəbi və İsveçin Uppsala Universitetinin həmkarları ilə bir araya gəliblər. Əvvəlki tədqiqatlar göstərmişdir ki, gündə 70-150 mq kofein ehtiva edən üç-beş fincan qəhvə içmək diabet və ürək-damar xəstəliklərinə tutulma ehtimalınızı azalda bilər. Ən son tədqiqat Avropadan olan 10,000 insan ilə aparılıb. Tədqiqat, həmçinin genlərə və iki ümumi variantın - CYP1A2 və AHR-nin roluna və onların bədəndə qəhvəni necə parçaladığını araşdırıb. Onlar aşkar ediblər ki, kofeini daha yavaş parçalayanlar, deməli, qanlarında daha yüksək səviyyəyə sahibdirlər və onlarda tip 2 diabet riski daha azdır. 

Nəticələr göstərir ki, kilo itkisi kofeinin diabet riskinə təsirinin təxminən yarısını (43%) təşkil edir. Tədqiqat hesabatına daxil edilməsə də, kofein səviyyənizi təhlükəsiz şəkildə artırmağın sağlam çəki saxlamaqda sizə kömək edə biləcəyini güman etmək məntiqlidir. Yüksək qan şəkəri səviyyəsi (prediabet) olan insanlar üçün bir neçə fincan artıq qəhvə onları 2-ci tip diabetin inkişafından qoruya bilər.

Mənbə: mirror.co.uk

Tərcümə etdi: Məryəm Abdullazadə

Paylaş
Şərh əlavə et