Bu gün:

İki yemək arası müddət 4 saatdan az olmamalıdır


Qidalanma və Pəhriz eksperti Elif Sena Ay duyğusal aclığın xoşbəxtlik, əsəb, qəzəb, stress, tənhalıq və ya can sıxıntısı kimi duyğularla əlaqədar yaranan süni bir aclıq durumu olduğunu dedi. 

Emosional aclığın xoşbəxtlik, qəzəb, stress, tənhalıq və ya cansıxıcılıq kimi duyğuların yaratdığı süni aclıq vəziyyəti olduğunu deyən Qidalanma və Pəhriz Mütəxəssisi Elif Sena Ay: Mədəniz tox olmasına baxmayaraq, hər zaman aclıq hiss edirsinizsə, yemə pozğunluğu adlanan emosional aclıq yaşayır ola bilərsiniz".

Pəhriz eksperti Ay insanların emosional ac olduqları zaman yemək yediklərini və həqiqətən, yeməyə ehtiyacları olmadığını başa düşdükdə peşman olduqlarını ifadə etdi.

"Ən son nə vaxt yemək yediyinizi xatırlayın. Əgər 4 saatı keçməyibsə və fiziki bir əlamət hiss eləmisrsinizsə, yaşadığınız vəziyyət duyğusal aclıqdır. Sizi buna aparan səbəbi düşünün. İşdə və ya məktəbdə stress keçirə bilərsiniz, sevdiyiniz biri sizi incidə bilər və ya yaxşı xəbərlərə çox sevinə bilərsiniz. Öz səbəbinizi tapın və içinizdə yaşadığınız hissləri qəbul edin.Sizi məşğul saxlamaq üçün fəaliyyətlər tapın. Bu fəaliyyətlər musiqi dinləmək, hobbi ilə məşğul olmaq, yürüyüşə çıxmaq və ya sevdiyiniz biri ilə söhbət etmək ola bilər".

Mənbə: Güneş gazetesi

Tərcümə etdi: Məryəm Abdullazadə

Paylaş
Şərh əlavə et