Bu gün:

Sağlam böyrəklər üçün 5 addım


1.Pəhriz saxlamaq 

Los-Ancelesdə, Kaliforniyada Urologiya Xərçəng Mütəxəssislərinin uroloji cərrahı və tibbi direktoru S. Adam Ramin, "Meyvə, tərəvəzlə zəngin və liflə zəngin bir pəhriz yeyin" deyə məsləhət görür. O əlavə edir ki, "işlənmiş qidalardan qaçınmalısınız - onlar böyrəklərinizi onsuz da olduğundan daha çox işləməyə məcbur edir".



2. Bol su içmək 

Bu böyrək sağlamlığınız üçün vacibdir. Doktor deyir: "Böyrəkləriniz mayelərlə inkişaf edir. Nə qədər bol su içilsə bir o qədər də faydalıdır".



4. Siqareti tərgitmək 

Milli Böyrək Fondu deyir ki, siqaret iki əsas yolla böyrəklərinizə zərər verir. Birincisi, yüksək qan təzyiqini müalicə etmək üçün istifadə olunan dərmanlara təsir edə bilər və nəzarətsiz yüksək qan təzyiqi böyrək xəstəliyinin əsas səbəbidir. İkincisi, siqaret böyrəklərə və digər orqanlara qan axını yavaşlatmaqla böyrək xəstəliyinin əlamətlərini gücləndirə bilər.



5. Yaxşı yuxu

Böyrəkləriniz də müntəzəm olaraq yaxşı bir gecə yuxusu aldığınız üçün sizə təşəkkür edəcək. "Artan dəlillər göstərir ki, yuxu pozğunluqları, ehtimal ki, iltihab mühiti və simpatik aktivasiya nəticəsində böyrək xəstəliklərinin inkişafına təsir göstərir", - Klinik Yuxu Tibb Jurnalında 2019-cu ildə edilən bir araşdırmada deyilir.



Mənbə: Bestlife

Tərcümə etdi: Səadət Quliyeva

Paylaş
Şərh əlavə et