Bu gün:

Rənglərin mənası və onların psixologiyaya təsiri


Rənglər, şübhəsiz ki, həyatımızın ən mühüm hissələrindən biridir. Bütün dünyanın ağ-qara və ya tək bir rəng olduğunu təsəvvür etmək belə insana qorxuducu gəlir. Rənglər yalnız gözlərimizi cəlb edir, yoxsa başqa təsirləri var?

Həqiqətən də, rənglərin həyatımıza "rəng" qatmaqdan başqa başqa özünəməxsus xüsusiyyətləri də var. Məsələn, qırmızı kimi isti rəng ürək döyüntüsünüzü yüksəldə bildiyi halda, soyuq rənglərdən biri olan mavi sizə sakitlik bəxş edə bilər. Ağ rəngə boyanmış otaq daha geniş görünə bilər. Yəni, rənglərin insan psixologiyasına və qavrayışına da təsiri var. 

Rənglərin də özünəməxsus mənaları var və demək olar ki, bütün dünyada rənglərin mənaları bir-birinə yaxındır, lakin bəzən eyni rəng bəzi müxtəlif mənalara sahib ola bilər. Məsələn, ümumilikdə qara rəng dünyada yas mənasını simvolizə etdiyindən, xüsusilə, qərb ölkələrində dəfn mərasimlərin zamanı qara rəng üstünlük təşkil edir. Ancaq yaponlar dəfn mərasimlərində ağ rəngdən istifadə etməyə üstünlük verirlər. 

- Saflığı, təmizliyi və sabitliyi ifadə edir.

Qara - Gücü, ehtirası və əksər ölkələrdə yas mərasimlərini təmsil edir.

Mavi - Əbədilik və azadlığı ifadə edir.

Yaşıl - Təbiətin və sülhün rəngidir.

Qırmızı - Canlılığın və dinamikin rəngidir. Çeviklik, əzmkarlıq və qətiyyət deməkdir.

Sarı - Ən parlaq və diqqət çəkən rəngdir. Şənlik, zəka, incəlik və praktikliyi ifadə edir.

Bənövşəyi - Əsilzadəlik, dəbdəbə və ləyaqət rəngilərini simvolizə edir.

Çəhrayı - Sevinc, güvən və rahatlıq ifadə edir.

Narıncı - Əbədilik, səlahiyyət və səmərəliliyi ifadə edir.

Mənbə: Onedio.com

Tərcümə etdi: Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et