Bu gün:

Qastroenterit nədir, ona nə səbəb olur?


"Mədə qripi" kimi də tanınan qastroenterit sulu ishal, qarın ağrısı, ürəkbulanma, qusma və bəzən qızdırma ilə özünü göstərən mədə-bağırsaq infeksiyasıdır.

Qastroenteritin ən çox yayılmış səbəbi əvvəllər yoluxmuş şəxslə təmasda olmaq və ya çirklənmiş qida və ya su yemək və ya içməkdir. Əgər insanın başqa xəstəliyi yoxdursa, əksər hallarda bu vəziyyət bir-iki günə öz-özünə sağalır.

Bununla belə, körpələr, yaşlılar və zəifləmiş immun sistemi olan insanlar üçün geniş yayılmış qastroenterit ciddi narahatlıq yarada bilər.

Qastroenterit üçün ən çox görülən simptomlar bunlardır:

- Sulu, adətən, qeyri-qanlı ishal (qanlı ishal adətən fərqli, daha ağır infeksiyanın olması deməkdir.)

- Qarın sancıları və ağrıları

- Ürəkbulanma, qusma və ya hər ikisi

- Bəzən əzələ ağrıları və ya baş ağrıları

- Aşağı dərəcəli qızdırma

Həmçinin, iştahsızlıq, mədə narahatlığı, oynaq və baş ağrısı ola bilər.

Körpələrdə və gənc uşaqlarda infeksiya daha ağır keçir. Rotavirusa yoluxmuş böyüklərdə simptomlar olmaya bilər, lakin onlar hələ də xəstəliyi yaya bilərlər. Xoşbəxtlikdən, bu infeksiya üçün bir peyvənd var.

Mənbə: NTV
Tərcümə etdi: Sayad Qoşnalıyeva

Paylaş
Şərh əlavə et