Bu gün:

Uşaqlarda gec danışma - “1sual, 1 cavab”


24media.az-ın " 1 sual, 1 cavab " rubrikasının budəfəki musahibi psixoloq-konsultant Zeynəb Eyyubovadır. Psixoloq uşaqların gec danışmasına səbəb olan amillər və onların nitqinin inkişaf etdirilməsi haqqında danışıb. 

-Uşaqların gec danışmasına nə səbəb olur və  onların nitqini necə inkişaf etdirə bilərik?


- Uşaqların gec danışmasına müxtəlif amillər səbəb ola bilər. Xüsusilə, spekter pozuntulu, nitq inkişaf ləngiməsi olan uşaqlarda  gec danışmaya daha çox rast gəlirik. Bəzən valideynler belə hadisələri genetik də hesab edirlər. Amma müasir tip genetikanı önəmli bilmir. Buna görə də xüsusi psixoloqlarla işləmək və xüsusi təlimlərdə iştirak edilməlidir. Nitqin inkişafını kiçik matorik çalışmalarla, beyin inkişaf etdirici oyunlarla, uşaqlarla daha çox məşğul olmaqla edə bilərik. Bunlar uşaqların nitqində böyük dəyişikliyə səbəb olacaq.


Xədicə Cabbarlı

Paylaş
Şərh əlavə et