
Türkiyə Qaraciyər Araşdırmaları Dərnəyinin İdarə Heyətinin sədri Prof.Dr.Fulya Günşar Türkiyədə əhalinin yüzdə 25-40-ında qaraciyər yağlanması olduğunu ifadə edib: Son illərdə uşaqlarda qaraciyər yağlanması xəstəliyini daha tez görməyə başladıq, həqiqətən, çox üzücüdür. Bunun əsas səbəbi qidalanma və hərəkətsizlikdir. Uşaqlar əvvəlki kimi küçədə oynamır, evdə kompüter və planşet qarşısında əyləşirlər və hərəkətsiz olurlar.
Uşaqlarımızın mümkün olduğu qədər çöldə oynamasını, daha az karbohidratlı, şəkərli və qablaşdırılmış məhsullardan istifadə etməsini, daha çox ənənəvi və sağlam qidalar yeməsini təmin etməliyik.
Tərəvəz və meyvələrlə zəngin, karbohidrat və şəkərdən uzaq bir pəhriz və müntəzəm idmanla qaraciyər yağlanmasının qarşısını almaq olar.
Mənbə: Güneş Gazetesi
Tərcümə etdi: Sayad Qoşnalıyeva
