Bu gün:

Portağaldan daha çox C vitamini olan qidalar


C vitamini olan qidalar dedikdə ağlımıza yalnız portağal, naringi, qreypfrut və limon gəlir, lakin bu qidaların tərkibində sitrus meyvələri ilə müqayisə oluna bilməyən C vitamini var.



C vitamini ilə ən çox tanınan meyvə olan portağal, demək olar ki, gündəlik C vitamini ehtiyacımızı tək başına qarşılayır. İmmuniteti gücləndirmək üçün ümumiyyətlə portağallara üstünlük verilsə də, portağaldan başqa bu qidaları seçə bilərsiniz. Orta ölçülü portağal 70 mq C vitaminlə zəngindir.

Kivi, bir orta kivi  = 71 mq C vitamini

Orta ölçülü kividə olan C vitamininin miqdarı portağala yaxındır.


1 çiyələkdə = 89 mq 

Çiyələkdə də portağaldan daha çox C vitamini var. Bir çiyələk, xəstəliyin inkişafının qarşısını almağa kömək edən digər güclü antioksidanlarla birlikdə gündəlik C vitamini ehtiyacınızın demək olar ki, hamısını təmin edir. 


Brokoli, bir fincan bişmiş brokolidə = 102 mq C vitamini 

Brokoli C vitamini ilə zəngin olan xaç ağacı tərəvəzidir. Bir stəkan brokoli gündəlik C vitamini ehtiyacınızı ödəyə bilər. Tədqiqatlar göstərir ki, müntəzəm olaraq xaç ağacı tərəvəzləri yemək oksidləşdirici stressi azaltmağa və xərçəngin inkişaf riskini azaltmağa kömək edə bilər.



Mənbə: Habertürk

Tərcümə etdi: Səadət Quliyeva

Paylaş
Şərh əlavə et