Bu gün:

İstifadə etdiyiniz sabun sizi ağcaqanadlar üçün daha cəlbedici hədəfə çevirə bilər


Tədqiqatçılar yeni bir araşdırmada dişi  ağcaqanadların insanlar tərəfindən tez-tez istifadə edilən müəyyən sabun növlərinə cəlb olunduğunu, digərləri tərəfindən isə bəzən gözlənilməz şəkildə dəf edildiyini aşkar etdilər. 

Ağcaqanadlar daşıdıqları çox sayda müxtəlif mikrob və bakteriyalara görə insanlar üçün ən ölümcül heyvanlar arasındadır və hər il bir milyondan çox insanın malyariya kimi ağcaqanadlarla ötürülən xəstəliklərdən öldüyü bildirilir. Ancaq uzun illərdir ki, bu ağcaqanadların hamısının eyni olmadığı məlumdur. 

Vinauger açıqlamasında dedi: "Biz sabunlarımızı, adətən, çiçəklərin və otların qoxusu ilə əlaqəli kimyəvi maddələrlə xoş qoxulu olduğda istifadəni xoşlayırıq". Amma ağcaqanadlar təbii bitkilərdən əlavə sabun qoxusunun mənşəyini  tapmaq, nektarından şəkər çıxarmaq üçün istifadə edirlər. Lakin bunu eksperimental olaraq yoxlamaq lazım idi”.
Komanda təcrübə üçün dörd insan könüllü seçdi. Əvvəlcə hər bir insanın özünəməxsus qoxu imzasını müəyyən etdilər. Sonra onları dörd sabun markası olan Dial, Dove, Native və Simple Truth ilə çimməyə dəvət etdilər. Nəhayət, alimlər xəstəlik daşıyıcısı olan dişi Aedes aegypti ağcaqanadları ilə könüllülərin çimməzdən əvvəl və sonrasını müqayisə etdilər. Ümumilikdə, ağcaqanadın seçimlərində müxtəlif dərəcədə fərqlər tapıldı.

Sabunlar ağcaqanadlara təsir edir

Vinauger deyir: "Əsas məqsəd bədən qoxumuzun tərkibinə çoxlu bitki mənşəli kimyəvi maddələr əlavə etməklə qoxu duyğumuzu kəskin şəkildə dəyişdirmək və hər bir fərdin bədən qoxusunun dəyişdikdən sonra ağcaqanadlara nə qədər təsir ediyini müəyyən etmək idi"
Məsələn, bəzi könüllülərdə ağcaqanadlar Dove və Simple Truth marka sabunu ilə yuyulduqdan sonra qoxularına daha çox cəlb olunurdu, Native markalı sabun isə onlar üçün qovucu xüsusiyyətə malik idi.

Komanda, həmçinin bu sabunlarda həşəratları cəlb etmək və ya dəf etmək üçün ən çox təsir edən kimyəvi maddələr üzərində araşdırma edib. Bunlar arasında kokos qoxulu kimyəvi maddələrin ağcaqanadları uzaqlaşdırmaqda ən təsirli yol olduğu müəyyənləşib.

Bu tədqiqat nisbətən kiçik bir nümunə ölçüsünə əsaslanan tək bir araşdırma olduğundan nəticələr, ümumiyyətlə, qəti şəkildə etibarlı ola bilməz. Fərdlərin karbon dioksid nisbəti kimi vacib ola biləcək digər amilləri də əhatə dairəsindən xaric etdikləri bildirilir

Mənbə: Chip

Tərcümə etdi: Lamiyə Cənnətzadə

Paylaş
Şərh əlavə et