Neyrologiya, korteksləri dəhşətli dərəcədə zədələnmiş insanların beynini öyrənən elm adamlarına çox şey borcludur. Belə hallardan biri də İspaniya Vətəndaş Müharibəsi zamanı başından vurulandan sonra dünyanı tərsinə görməyə başlayan "Xəstə M" hadisəsidir.
Bu vəziyyətə qədər nevroloqlar beynin çox az və ya üst-üstə düşməyən kəskin sərhədlərlə ayrılmış fərqli bölgələrdən ibarət olduğuna inanırdılar. Lakin "Xəstə M"-nin əzilmiş zədələnmiş beyni bu fikri alt-üst etdi və Justo Gonzalo Rodriguez-Leal adlı həkimi beyin dinamikası ilə bağlı yeni nəzəriyyə hazırlamağa vadar etdi.
İspaniyada Vətəndaş Müharibəsi 1936-1939-cu illərdə ölkəni bürümüş və Millətçilərin Respublikaçılar üzərində qələbəsi, o cümlədən Fransisko Frankonun rəhbərliyi altında diktaturanın qurulması ilə nəticələnən amansız mübarizə idi. Respublikaçılar üçün döyüşən "Xəstə M" 1938-ci ilin mayında Levantenin Valensiya şəhərində döyüş meydanında başından güllə yarası alanda 25 yaşı vardı.
İki həftə sonra komadan oyanan yaralı əsgər sol gözündə görmə qabiliyyətinin olmadığını, sağ gözündə isə yüngül parıltı olduğunu bildirdi. Güllənin girib-çıxdığı kəllə sümüyünün iki düyünlü deşiyi olan adamın əməliyyatsız və xüsusi qayğı olmadan sağalması həkimlərin təəccübünə səbəb oldu.
Növbəti 50 il ərzində "Xəstə M"-ni müşahidə edərkən Rodriguez-Leal olduqca qarışıq simptomlarla qarşılaşdı. Məsələn, kişi hər şeyi üç-üç görməklə yanaşı, əşyalardan “ayrılmış” rəngləri də görürdü.
Ən maraqlı tapıntılardan biri isə "M xəstəsi" hər şeyi sanki alt-üst olmuş kimi görməsi idi. Rodriguez-Leal "Serebral Dynamics" kitabında bu vəziyyəti izah edib:
Eşitmə və toxunma da əksinə oldu
Bu ağır xəstəliyə baxmayaraq, xəstə çox az problemlə həyatına davam edə bilirdi.
Rodriguez-Lealın qızı İzabel Qonzalo "El Pais"-ə verdiyi müsahibədə şəxsiyyəti heç vaxt açıqlanmayan "Xəstə M"-in uzun və sağlam həyat sürdüyünü, 1990-cı illərin sonlarında dünyasını dəyişdiyini bildirib. Tərs çevrilmiş dünyasında 60 il sağ qalmasına baxmayaraq, keçmiş əsgər, görünür, özünəməxsusluğu ilə çox da narahat deyildi.
Mənbə: chip
Tərcümə etdi: Lamiyə Cənnətzadə
