Bu gün:

Yaşıl çayın faydaları


İnsanlar ənənəvi Çin və Hindistan təbabətində qanaxmanı idarə edib yaraları sağaltmaq, həzmə kömək etmək, ürək, psixi sağlamlığı yaxşılaşdırmaq və bədən istiliyini tənzimləmək üçün yaşıl çaydan istifadə edirdilər.

Tədqiqatlar göstərir ki, yaşıl çay kilo vermək, qaraciyər xəstəlikləri, diabet, alzheimer və bir çox şeylərə müsbət təsir göstərə bilər.

Xərçəngin qarşısının alınması

Yaşıl çay istifadəsinin yüksək olduğu ölkələrdə xərçəngə tutulma nisbəti daha aşağı olur. Bununla belə, araşdırmalar yaşıl çay içməyin ümumi xərçəng riskini azaltdığını sübut edən ardıcıl sübutlar göstərməmişdir.

Çəki vermək

Tədqiqatlara görə, yaşıl çay və kofeinin tərkibindəki katexinlər enerji mübadiləsini artıraraq kilo verməyə səbəb ola bilər. Bununla belə, yaşıl çay içməyin kilo itkisinə əhəmiyyətli dərəcədə təsir etmə ehtimalı azdır.

Dəri xəstəlikləri

Yaşıl çay iltihab əleyhinə xüsusiyyətlərə malikdir. İnsan üzərində aparılan klinik tədqiqatlara əsasən, yaşıl çayın dəri iltihabına təsirli olduğu aşkar edilib. Kosmetikada çay ekstraktının istifadəsinin 2019-cu il təhlili də bu fikri dəstəkləyib.

Ürək sağlamlığı

2006-cı ildə edilən bir araşdırma yaşıl çay istifadəsinin ürək-damar xəstəlikləri səbəbindən ölüm hallarını azaltığını irəli sürüb.

Tədqiqat 1994-cü ildən başlayaraq 11 il ərzində 40-79 yaş arası 40.000-dən çox yapon iştirakçı arasında aparılıb. Nəticədə, gündə ən azı beş stəkan yaşıl çay içənlərin ürək-damar xəstəliklərindən ölüm riskinin azaldığı məlum olub.

Bəzi araşdırmalar göstərir ki, yaşıl çay insanın iş yaddaşını, eyni zamanda, qavramasını gücləndirir.

Mənbə: medicalnewstoday

Tərcümə etdi: Gülay Orucova 

Paylaş
Şərh əlavə et