Bu gün:

Laboratoriya ətləri çox təhlükəlidir


İqlim böhranına qarşı bir çox fərqli həll yolu təklif edilərkən, laboratoriyada heyvan kök hüceyrələri ilə ət istehsalı daha az torpaq, yem, su və enerji istifadəsi səbəbindən ekoloji cəhətdən təmiz bir alternativ olaraq görüldü.



Lakin elm adamları bunun yanlış olduğunu sübut etdilər. Yeni araşdırmaya görə, laboratoriyada hazırlanan burgerlər planetimiz üçün real burgerlərdən 25 dəfə pisdir. Alimlər müəyyən ediblər ki, laboratoriya hamburgerlərinin istehsalında istifadə olunan enerji istehlakı və buna görə də, "karbon izi" adi mal ətindən xeyli yüksəkdir.

Karbon izi

2050-ci ilə qədər insan əhalisinin 10 milyarda çatacağı təxmin edilərkən, qida çatışmazlığı olan bölgələrdə qidalanma üçün laboratoriyada istehsal edilən ətin əhəmiyyətinə diqqət çəkildi. Lakin Kaliforniya Universitetində Dr. Tədqiqatda Derrick Risner və komandası laboratoriyada yetişdirilən ətin "həyat dövrü" zamanı yaranan emissiyaları normal ət istehsalı ilə müqayisə ediblər . Məlum olub ki, laboratoriyada ət istehsalında istifadə olunan şəkər, duz, amin turşuları və vitaminlər istehsal və inkişaf proseslərində daha böyük karbon izi daşıyır.

Mənbə: Milliyet.com.tr

Tərcümə etdi: Namiq Atamalıyev 

Paylaş
Şərh əlavə et