Bu gün:

Dünyada ağ gəlinliyi ilk kim geyinib?


Tarix boyu evlilik, xüsusilə, kral ailələri üçün mühüm yer olmuşdur. Dünya tarixində gəlinliklər, adətən, 17-ci əsrə qədər sarı və ya gümüş rəngdə olub. 17-ci əsrdən sonra ağ rəngə üstünlük verilməyə başlanılıb.

Gəlinliklərin tarixi qədim sivilizasiyalara gedib çıxır. Qədim Misirdə qat-qat tikilmiş kətan parçalar gəlinlik kimi geyilirdi. Orta əsrlərdə gəlinlik geyinmək adəti yox idi, lakin qadınlar xüsusi günlərdə daha incə və təmtəraqlı geyimlərə üstünlük verirdilər. Çin və Hindistanda isə gəlinlər qırmızı rəngə üstünlük verirdilər. Kral ailələrində qızıl, həmçinin gümüş rənglər seçilirdi ki, bu da daha nəcib rəng hesab olunurdu.

Tarixdə ilk ağ gəlinlik 16-cı əsrdə İngiltərə kraliçası Viktoriya tərəfindən geyinilib. 1854-cü ildə Şahzadə Albertlə evlənən Kraliça Viktoriya ağ atlaz gəlinliyə üstünlük verib. Kraliça Viktoriya toydan sonra gündəliyinə yazırdı:

- Mən çox dərin Honiton krujevalı imitasiyalı ağ atlas paltar geyindim. Türk brilyant boyunbağımı, sırğalarımı və Albertin gözəl sapfir broşunu taxdım.

Beləliklə, Kraliça Viktoriya əsrlər boyu davam edəcək gəlinlik trendinə ilham verdi. Kraliça Vitoriyanın hakimiyyəti dövründə ağ rəng seçməsi həm sərvət əlaməti, həm də bakirəlik simvolu kimi qəbul edilirdi.

Mənbə: Royal Collection Trusut, Daily JSTOR, Town and Countrymag

Tərcümə etdi: Aytən Nazim

Paylaş
Şərh əlavə et