Bu gün:

Effektiv yuxu üçün nələr edilməlidir?


Uğurumuza, xoşbəxtliyimizə, dincliyimizə, zehni və fiziki sağlamlığımıza, iş səmərəliyimizə və hətta həzm sistemimizə birbaşa təsir edən amillərdən biri də yuxudur. Sağlam yuxu rejimi həyatımızın bir çox sahələrində daha səmərəli və sağlam hərəkət etməyimizə imkan verir.


Ancaq yuxunun əhəmiyyətinin fərqində olsaq da, sağlam yuxu rejimini qurmaqda çətinlik çəkirik. Ekrana çox baxmaq, həddindən artıq kofein istehlakı, hərəkətsizlik, psixi pozğunluqlar, qeyri-kafi yuxu mühiti kimi bir çox faktor səbəbiylə yuxuya verilən əhəmiyyət böyük ölçüdə azalır. Bu vəziyyət insanları çox qeyri-sağlam vəziyyətə salır.

Yuxuya lazımi əhəmiyyət verilmədikdə, səhər oyana bilmədiyimiz bir vəziyyət yaranar. Səhərlər enerji tapmamaq, tam ayılmaq kimi hallar var. Bu vəziyyət yuxu ətaləti adlanır.

Yuxu ətalətini necə əngəlləyə bilərik?

Yuxu ətaləti əsəbi olmaq, çaşqınlıq, depressiya, yaddaş pozğunluğu, immunitetin azalması kimi vəziyyətlərə gətirib çıxara bilər. Kiçik həyat tərzi dəyişiklikləri yuxu ətalətinin qarşısını almağa kömək edə bilər. Bəs bu həyat tərzi dəyişiklikləri nədir? Müntəzəm məşq bədəndə enerji axını və yuxu istəyini artırır. Eyni zamanda, qidalı və sağlam yemək yemək maddələr mübadiləsini tarazlıqda saxlayır və yuxunun səmərəliliyini yüksəldir. Səhər soyuq duş qəbul etmək və təbiətlə təmasda olmaq kimi müsbət dəyişikliklər yuxu rejiminə də müsbət təsir göstərir.

Effektiv yuxu üçün mühitin əhəmiyyəti

Yaxşı və məhsuldar bir yuxu üçün mühit də çox vacibdir. Yataq otağında həddindən artıq isti və ya soyuq olmaq yuxunun keyfiyyətinə birbaşa təsir edir. Buna görə də, otaq temperaturu bir qədər aşağı olmalıdır. Digər tərəfdən, ətrafdakı cihazlar, işıqlar və səs materialları mümkün qədər otaqdan kənarda saxlanılmalıdır. Bədən zərərli şüalardan və işıqlardan qorunmalıdır.

Mənbə:sözcü.com.tr

Tərcümə edən: Namiq Atamalıyev 

Paylaş
Şərh əlavə et