Bu gün:

Zərərli olduğunu düşündüyümüz düyünün faydaları



Xolesterol olmayan, mətbəxdə ən çox istifadə edilən sağlamlıq məhsulu olan düyünün vacib faydaları sadalandı.

Balanslı bir pəhrizin vacib bir hissəsidir

Düyü dünyada ən çox istifadə edilən və yeyilən qidalardan biridir, çünki çox az miqdarda olsa da, insanların sağlamlığını və canlılığını qoruya bilər.

Qan təzyiqi azaldıcılarında az natrium olduğu üçün düyü yüksək qan təzyiqi və hipertansiyonlu insanlar üçün ən yaxşı qidalardan biri hesab olunur.

Xərçəngin qarşısının alınmasında qəhvəyi düyü kimi, tam taxıl düyü də bir çox xərçəngdən qoruya bilən həll olunmayan liflə zəngindir.

Bir çox elm adamı və tədqiqatçı bu cür həll olunmayan liflərin bədənin xərçəng hüceyrələrinin inkişafından və metastazından qorunması üçün vacib olduğuna inanır. Lif, xüsusilə, rektum və bağırsaq xərçəngindən qorunmaq üçün faydalıdır.

Bununla birlikdə, düyü lifdən əlavə C vitamini, A vitamini, fenolik və flavonoid birləşmələri də özündə birləşdirir ki, bu da bədəni sərbəst radikallardan təmizləmək üçün təbii antioksidanlar  rolunu oynayır.

Sərbəst radikallar orqan sistemlərinizə ciddi ziyan vura bilən və sağlam hüceyrələrin xərçəngə çevrilməsinə səbəb ola biləcək hüceyrə metabolizmasının yan məhsullarıdır.

Enerji mənbəyi  olan düyüdə karbohidratlar çox olduğundan bədəni enerji ilə təmin edir və beynin normal işləməsinə kömək edir. Karbohidratlar bədən tərəfindən metabolizma və funksional faydalı enerjiyə çevrilməsi baxımından qaçılmazdır.

Mənbə: cnntürk

Tərcümə etdi: Aysu Əsədova

Paylaş
Şərh əlavə et