Bu gün:

Qan dövranını sürətləndirən qidalar


Sağlamlığa gəldikdə, hər kəs ürəyini, immunitet sistemi, xolesterolu, şəkəri haqqında fikirləşir. Ancaq göz ardı etdiyimiz  ən kiçik qan dövranı problemi bütün bədənə təsir edə bilər. Bəs qan dövranını necə sürətləndirmək olar?

İspanaq 

Ispanaqda bol olan xlorofil qan və qaraciyəri təmizləyir, çirklənmiş qan və toksinləri xaric etməyə kömək edir. Zəngin C vitamini mənbəyi olan ispanaq, qan dövranı üçün əla bir qidadır.

Qulançar 

Qulançar qan dövranını sürətləndirir, toksinlərin atılmasına kömək edir. Kalium, C vitamini, folat və liflə də zəngindir.

Kərəviz sapı 

K vitamini ilə zəngin bir qida olan kərəviz sapı sağlam qan dövranı və qan laxtalanması üçün ən vacib qidalardan biridir. Kərəviz sapında olan elektrolidlər də çirklənmiş qanı bədəndən çıxarmağa kömək edir.

Xiyar

İltihab əleyhinə təsir göstərən C vitamini ilə zəngin xiyar bədəndən toksinləri çıxarmağa kömək edir. Tərkibindəki su və lif sayəsində qan dövranını yaxşılaşdırır.

Qırmızı bolqar bibəri 

C vitamininin yaxşı bir mənbəyi olan qırmızı bolqar bibəri gündəlik C vitamini ehtiyaclarınızı qarşılayır, antioksidan təsir göstərir və bədənin su ehtiyaclarını da dəstəkləyir. Beləliklə, qan dövranını sürətləndirir.

Qoz 

Qan dövranı üçün ən vacib qidalardan biri olan qozun tərkibində olan xüsusi antioksidanlar və omeqa-3 qan axınını yaxşılaşdırır.

Yulaf

Bədəndəki xolesterol səviyyəsini azaltdığı bilinən yulaf da, iltihab əleyhinə təsir göstərir. Qan dövranını yaxşılaşdırmaq üçün səhərlər bir kasa istifadə etməyə çalışın.

Sitrus meyvələri 

Limon, portağal, naringi, qreyfurt. Onların hər biri iltihab əleyhinə təsir göstərir. Bədəni alkalizasiya edən sitrus meyvələri qan dövranını sürətləndirir, toksinlərin çıxarılmasına kömək edir.

Mənbə: Milliyyet

Tərcümə etdi: Aysu Əsədova

Paylaş
Şərh əlavə et