Bu gün:

Ölümündən sonra kəşf edilən fotoqraf- Vivian Maier


Dünyanın sonsuz təlaşında, əlbəttə ki, ölümsüzlüyə layiq insan portretləri var. Çəkdiyimiz fotolar, əslində, özümüzün əksi olsa da, həm də həyatımızın parçalarıdır. Vivian Maier də çəkdiyi fotoşəkillərlə həyatını əks etdirməyə üstünlük verib. O,  yaşadığı müddətcə şəkilləri sirr olaraq saxlayıb və ölümündən sonra kəşf edilən uğurlu fotoqrafdır. Amma onun həyat hekayəsini o qədər də qısa danışmaq olmaz. Beləliklə, gəlin Vivianın sirli həyatı ilə daha yaxından tanış olaq.

Hekayənin arxasındakı əsl ad Con Malufdur. O, hərrac evindən aldığı köhnə foto neqativlərlə dolu qutulara baxır.

Bu qutulardan birində o, Vivianın çəkdiyi kadrları araşdırmağa başlayır. Con bu fotolardan çox təsirlənir. Qutudakı adı hər yerdə axtarsa da, saxlamağa heç bir məlumat tapa bilmir. 

Amma yenə də təslim olmur və yavaş-yavaş da olsa, bir az məlumat əldə etməyə başlayır. İlk növbədə o, qohumlarından öyrənir ki, Vivian dolanmaq üçün uzun müddət dayə olub. Amma onların çoxunun bilmədiyi odur ki, heç kim onun fotoqrafiya ilə məşğul olduğunu bilmir. Bütün bu hadisələr baş verərkən Vivian ölür.

Sirli fotoqrafın ölüm xəbəri ilə üzləşən Con Vivianın bütün fotoşəkillərini toplayıb dərc etməyə başlayır.

Conun dərc etdiyi fotolara baxan hər kəs, demək olar ki, fotolardan məftun olur. Geribildirim artdıqca Vivianın adı getdikcə daha çox eşidilməyə başlayır.

Hər kəs Vivianın böyük sənətkar olduğunu başa düşür. Vivian Maier belə kəşf edildi. Bu əsrarəngiz hekayə ilə o bütün həyatını, gördüyü insanları, getdiyi yerləri, foto çərçivələrinə sığdırdığı hekayələri bizlərə qoyub.

2013-cü ildə Vivianın həyatı John Maloof və Charlie Siskel tərəfindən "Finding Vivian Maier" adı ilə yayımlandı və ən yaxşı sənədli film üçün Oskar mükafatına namizəd oldu.

Mənbə: Ceotudent 

Tərcümə etdi: Fidan Abdullayeva 



Paylaş
Şərh əlavə et