Bu gün:

Özünütərbiyə üçün 5 addım: Uğurun açarı


1- Özünü tanı

"İntizamı necə əldə etmək olar?" mövzusunun ilk cavabı: özünü tanımaq. Başlamaq üçün özünüzü tanımalı və öz analizinizi yaxşı etməlisiniz. Heç vaxt özünüzə öhdəsindən gələ biləcəyinizdən daha çox yük verməyin. Bu təhlili edərkən "Sən kimsən?", "Nə etmək istəyirsən?" və "Özünə dəyər nədir?" bu kimi suallara cavab verə və onları kağıza köçürə bilərsiniz. Bu suallara daha yaxşı bələd olmaq və özünüzü daha asan təhlil etmək bacarığınız sizə gələcək üçün daha çox rahatlıq təmin edəcək. Əgər yerinizi çox yaxşı təyin edə bilsəniz, rahatlıq və uzaqgörənlik əldə edəcəksiniz. 

2- Hədəflərinizi təyin edin və etməli olduğunuz işə başlayın

Əgər məqsədiniz yoxdursa, ona nail olmaq üçün motivasiyanız olmayacaq. Hər şey məqsəd qoymaqla başlayır. Bunu etmək düşüncələri və enerjini məqsədə yönəldir. Əgər etməli olduğunuz şeyi edirsinizsə, uğura gedən yolda heç kim sizə mane ola bilməz. Çox sevdiyiniz bir çox şeydən imtina edərək bu yolda çalışırsınızsa, bu sizi xoşbəxt etməyəcək. Çünki insanlar ancaq etmək istədiklərini etdikdə xoşbəxt olurlar. Beləliklə, öz təhlilinizi etdikdən sonra hədəflərinizi dəqiq və sizi xoşbəxt edəcək şəkildə təyin etmək faydalı ola bilər. Bu kontekstdə siz ağlabatan məqsədlər qoymalı və nə etməli olduğunuzu etməlisiniz. Bu sizə rahatlıq və xoşbəxtlik gətirəcək. İntizamlı olmaq üçün bunu etməlisiniz.

3- Əvvəlcə əziyyət çək, əyləncəni təxirə sal

Əvvəlcə zəhmət çəkməyi, sonra həzz almağı öyrənə bilərsiniz. Bu uğurun qaydasıdır. Bu, ilk baxışdan çətin görünə bilər. Bəli, intizamsız vəziyyətdən çıxmaq heç vaxt asan olmayıb. Ümumiyyətlə, bu  başlanğıcda ağrılı və çətin olur. Səbirsiz olmamalı, tər tökməli, dözməli və səy göstərməyi öyrənməlisiniz. Çox qısa müddətdə uğur qazana bilməzsiniz. Bütün çempionlara baxsanız, onların çətin yol keçdiyini görərsiniz. Amma çempion olmağın həzzi, bu hiss əla olacaq. Sonra bir işi uğurla başa çatdırmaq və həzz almaq istəyirsinizsə, başlanğıcda könüllü olaraq çətinlikləri seçəcəksiniz.

4-Pis vərdişlərdən qurtulun və yaxşı vərdişlər qazanın

Gecikmə, təxirə salma, tənbəllik, vaz keçmə, yolun əvvəlində gecikmə kimi vərdişləri tərk etməlisiniz. Sağlam, uğura yönəlmiş, dinc və xoşbəxt bir həyat arzulamalısınız. Gərəksiz və sizə faydası olmayan şeylərə (hətta bu kateqoriyada faydalıdan çox zərər verə biləcək şeylərə) xeyr deməyi öyrənməlisiniz. Təbii ki, bura daha çox şey əlavə etmək olar. Mənfi vərdişlər yerinə planlı iş, kitab oxumaq, idman etmək kimi müsbət vərdişləri mənimsəmək olar. Yaratdığınız zəncir qırılmamalıdır. Unutmamalısınız ki, vərdişlər təkrarlananda qazanılır və heç bir yaxşı vərdiş asanlıqla əldə edilmir.

5- Özünüzü pozitiv saxlayın

"Əvvəlcə həzz alacağam, xoşbəxt olanda işə başlayacağam” deyə düşünənlər həmişə işlərini təxirə salırlar. Nəticədə, işlər üst-üstə yığılır və "onsuz da yetişməyəcək" düşüncəsinə qapılır. Eyni vəziyyəti hər zaman "sabah başlayacağam" deyərək süründürən insanlar da yaşayır. Halbuki, hər dəqiqə və hər an əlinizdən gələni edərək özünüzü pozitiv vəziyyətdə saxlamaq uğurdan üstündür. Zövq gecikdikcə və əldə olunduqca pozitivlik də artacaq. Bu, asan hadisə deyil, ancaq kiçik qar dənəciklərinin bir araya gəlməsi ilə uçqun əmələ gəlir. 

Mənbə: ceotudent.com

Tərcümə etdi: Fidan Abdullayeva

Paylaş
Şərh əlavə et