Bu gün:

Çox qəhvə içdikdə nə baş verir ?


Gündə iki fincan qəhvə içmək bir çox insanların diqqətini daha çox cəmləməsinə və oyanmasına kömək edir.

Klinik psixoloq Ellen B. Littmanın fikrincə, bunun səbəbi kofeinin dopamin və digər neyrotransmitterlərin sərbəst buraxılmasını stimullaşdırması və yuxuya səbəb olan adenozini azaldaraq mərkəzi sinir sistemini oyatmasıdır.

Nyu Yorkdakı "Ascendant Detox" un tibbi direktoru David Seitzə görə, əksər insanlar üçün normada olan kofein təhlükəsizdir. Bununla belə, kofeindən nə qədər istifadə etdiyinizə də diqqət etməyiniz vacibdir. Özünüzü gündə dörd fincandan çox olmamaqla məhdudlaşdırın. Əgər 4 fincana qədər mənfi hallarla qarşılaşırsınızsa, kofeini tamamilə dayandırmalısınız.

David Seitz bir çox insanların həddindən artıq qəhvədən sonra həyəcan hissi keçirdiyini də vurğulayıb. O, deyib: "Kiçik miqdarda kofein daha ayıq hiss etməyə və diqqətinizi yaxşılaşdırmağa kömək edə bilər, lakin həddindən artığı əks təsir göstərəcəkdir. Nəticədə, siz əsəbi, narahat hiss edə, baş ağrılarından əziyyət çəkə bilərsiniz".

Mənbə: BestLife

Tərcümə etdi: Gülay Orucova 

Paylaş
Şərh əlavə et