Bu gün:

Səfalət içində yaşayan Şərbət Qulanın həyat hekayəsi


Fotoda gözləri ilə hər kəsi valeh edən 13 yaşlı əfqan qadın Şərbət Quladır. Aradan 36 il keçməsinə baxmayaraq, foto heç vaxt köhnəlmir. 

Üstəlik, amerikalı fotojurnalist Stiv Makkarri 17 ildən sonra Pakistana qayıdana və Şərbəti çətinliklə də olsa tapıb onun şəklini çəkənə qədər Şərbətin bu şəkli son fotosu idi. “Elə bir ailə yoxdur ki, müharibənin acısını yaşamasın.”

Cəmi 6 yaşında ikən bombardman zamanı valideynlərini itirən Şərbət əfqan qaçqınlarının üzünə çevrilsə də, bundan xəbəri belə olmayıb. Fotosu yüz minlərlə dollara satılarkən onu qaçqın qadın kimi sürükləyirdilər. Maraqlısı isə odur ki, özü gənc qız ikən çəkilmiş və bütün dünyanı ovsunlayan fotosunu heç vaxt görməmişdi. 

17 il sonra McCury o fotoşəkili göstərəndə Şərbətin ilk reaksiyası yemək bişirərkən şalında yanan deşiklərdən utanmaq olub. Lakin kimliyi üzə çıxdıqdan sonra, illər keçdikcə bu fotoşəkil onun həyatına zərər verməyə başlayıb. Pakistanda saxta şəxsiyyətlə yaşayış icazəsi aldığı üçün həbs edilən Şərbət bu hadisədən sonra deportasiya edilib və 35 il sonra yenidən Əfqanıstana göndərilib. Fotonun gətirdiyi şöhrət və medianın diqqəti əvvəlcə xoşuna gəlməsə də, o bacarıb. Şərbət fotoqrafiyadan gələn gəlirlə dul qadınlara və yetimlərə kömək etməyi özünə missiya edib. Şərbət Qula çətin şəraitdə yaşasa da, mübarizədən əl çəkməyən qadın gücünün konkret nümunələrindən biridir.

Mənbə: Onedio.com

Tərcümə etdi: Fidan Əlizadə

Paylaş
Şərh əlavə et