Bu gün:

Evdə səmərəli ofis mühiti yaratmağın yolları


Ofisdən işləmək ilə evdən işləmək arasında bir çox fərqlər var, lakin ev mühitini faydalı hala gətirərək səmərəli işləmək mümkündür. 

Sahəni təyin edin

Evin hər mühitini iş yeriniz etməyin. Müəyyən bir yer seçin və bu məkanı ofisinizə çevirin.

Yaxşı işıqlandırma tələb olunur

İş mühitinizi gün işığı olan bir yerdə qurmağa çalışın. Qeyri-kafi işıqlandırma göz yorğunluğuna və aşağı enerjiyə səbəb ola bilər.

Yaradıcı olun 

Eviniz böyük olmaya bilər, amma yenə də əla iş mühitinə sahib ola bilərsiniz. 

Ofis avadanlıqlarını unutmayın 

Ofis avadanlıqlarını evdə yaratdığınız iş mühitinə daxil edin. Səmərəli və nizamlı işləmək üçün sizə qovluqlar, çanta faylları lazımdır.

Diqqəti yayındıran əşyalardan qurtulun

Ofis mühitində olmadığınız üçün evdəki bəzi əşyalar diqqətinizi çəkə bilər. Bu cür elementləri minimuma endirməyə çalışın. Evdə başqa insanlar varsa, səs-küyü eşitməmək üçün qulaqlıqlardan istifadə etməyi düşünə bilərsiniz.

 Rahatlığınıza laqeyd yanaşmayın

Evdə işləməyin ən yaxşı tərəfi odur ki, tez-tez qalxıb idman etmək şansınız olur. Kreslonuza kürəyinizi rahat söykəyə biləcəyinizə əmin olun və evin ətrafında gəzməyi unutmayın.

Rutinə sadiq qalmaq

İş vaxtından 5 dəqiqə əvvəl yataqdan qalxıb kompüteri yandırmaq əvəzinə, daha tez qalxmağa çalışın. Çay və ya qəhvənizi hazırladıqdan sonra doyumlu səhər yeməyi yeyin. Vaxtınız varsa, idman da edə bilərsiniz.

Mənbə: NTV

Tərcümə etdi: Nuran Əhmədzadə 















Paylaş
Şərh əlavə et