Bu gün:

Astma xəstəliyi ilə əlaqədar vacib məlumatlar


1- Siqareti tərgitmək çox vacibdir.
Hamiləlik dövründə siqaret çəkmək uşaqda astma riskini artıran faktordur. Hətta astma xəstələrinin passiv siqaret çəkməsi də astmanın pisləşməsinə və xəstəxanaya yerləşdirilməsinə səbəb ola bilər. Aktiv siqaret çəkmək isə astmanın pisləşməsinə, xəstəxanaya yerləşdirilməsinə, KOAH-ın inkişafına, tənəffüs funksiyasının pozulmasına, dərmanların effektivliyinin azalmasına və hətta ölümə səbəb ola bilər. Lakin siqaret dayandırıldıqda ağciyər funksiyaları yaxşılaşır və tənəffüs yollarında iltihab azalır. Passiv siqaretə məruz qalmanın aradan qaldırılması astmaya nəzarət etmək və xəstəxanaya yerləşdirmələri azaltmaqda təsirli olur.
2- Xroniki bir xəstəlikdir.
Astma tənəffüs yollarında xroniki iltihabla irəliləyir. Öz-özünə getmir və tamamilə yox olur. Öskürək, nəfəs darlığı, döş qəfəsində təzyiq hissi və hırıltı əsas simptomlardır. Onların şiddəti, xüsusilə, allergenlərə məruz qalma, mövsümi dəyişikliklər, havanın çirklənməsi və ya virus iltihabı ilə arta bilər. Şikayətlər özbaşına və ya dərmanlarla yox ola bilər, bəzən aylarla yox ola bilər. Astma simptomları bəzən həyat üçün təhlükə yarada biləcək qədər pisləşə bilər. Heç bir əlamət olmasa və tənəffüs testləri normal olsa belə, tənəffüs yollarında iltihab adətən davam edir və dərmanlarla idarə oluna bilər.

3- Öz-özünə sağalmaz.
Heç bir şikayət olmasa və tənəffüs testləri normal olsa belə tənəffüs yollarının iltihabı davam edir. Klinik olaraq, astmanın remissiyası, yəni yatırılması termini yeni bir tərifdir. Bəzi xəstələrdə şikayətlərin tamamilə yox olması və ən azı 1 il dərman ehtiyacının olmaması kimi ifadə edilir. Ancaq bu, astmanın öz-özünə tam sağalması demək deyil.

4- Bütün allergenlərdən qorunmaq lazım deyil.
Allergenə qarşı allergiya aşkar edildikdə, astma şikayətlərini artırıb-artırmaması xəstənin anamnezi ilə müəyyən edilir. Allergen xəstənin şikayətlərinin pisləşməsinə səbəb olmazsa, bu alerjendən qorunma tələb olunmur.
5- Başqa xəstəliklərlə qarışdırıla bilər.
Bir çox xəstəliklər oxşar şikayətlərə səbəb olur. Uşaqlıqda yuxarı tənəffüs yollarının öskürək sindromu, ağciyərlərə yad cisimlərin daxil olması, anadangəlmə ürək xəstəlikləri, yetkinlik dövründə isə bunlara əlavə olaraq bronxların qalıcı genişlənməsi, səs telinin funksiyasının itirilməsi, KOAH, ürək çatışmazlığı və digər ağciyər xəstəlikləri.


Mənbə: Milliyet
Tərcümə etdi: Fidan Əlizadə

Paylaş
Şərh əlavə et