Bu gün:

Niyə bəzi insanlar ağcaqanad maqnitinə bənzəyir?


Dişi ağcaqanaddan gizlənmək mümkün deyil. Onlar nəfəs aldığınız CO2, bədən istiliyi və bədən qoxusunu izləməklə insan növünün hər bir üzvünü ovlayır. Ancaq bəzilərimizi, xüsusən də, "ağcaqanad maqniti" olanları digərlərindən daha çox dişləyirlər. 

Ağcaqanad seçimində qan qrupunun, qan şəkərinin səviyyəsinin, sarımsaq və ya banan yeməyin, qadın və uşaq olmanın əhəmiyyətli olduğu düşünülür. Lakin Rokfeller Universitetinin Neyrogenetika və Davranış Laboratoriyasının direktoru Leslie Vosshall deyir ki, bu nəzəriyyələrin böyük qismi əsassızdır.

Buna görə də Vosshall və doktoranturadan sonrakı elmi işçi Maria Elena De Obaldia ağcaqanadların dəyişən iştahını izah etmək üçün aparıcı nəzəriyyəni araşdırmağa başlayırlar. Bu nəzəriyyə dəri mikrobiotasına görə dəyişən fərdi qoxuların ağcaqanadlara təsir etdiyini söyləyir. Tədqiqatçılar bu yaxınlarda apardıqları bir araşdırmada dəridəki yağ turşularının ağcaqanadların dözə bilməyəcəyi "məstedici" ətir yarada biləcəyini göstərdilər. Nəticələr Cell bülletenində dərc edilib.

Rokfeller Universitetindən Vosshall deyir,-"Dərinizdə böyük miqdarda bu yağ turşularının olması ilə ağcaqanad maqniti olmaq arasında çox, çox güclü əlaqə var".

Mənbə: Popsci

Tərcümə etdi: Nahid Xəlilov

Paylaş
Şərh əlavə et