Bu gün:

Mindiyiniz təyyarəni ildırım vursa, nə baş verər?


Yerdən on kilometr hündürlükdə qapalı qaldığınız zaman təyyarəyə dəyən 1 milyard coul enerji kabus kimi səslənir. Bəs həqiqətənmi vəziyyət bu qədər acınacaqlıdır?

 

Təyyarələr ildırımdan yaxşı qorunur və belə hadisələr artıq təyyarə qəzalarına səbəb olmur. Adi bir sərnişin təyyarəsini orta hesabla ildə bir dəfə ildırım vurduğu düşünülsə də, ildırım vurmasının səbəb olduğu son təyyarə qəzası 1967-ci ildə olub. Bu fəlakətli qəzada ildırımın yanacaq çəninə dəyməsi nəticəsində böyük partlayış baş verib və təyyarədə olan 81 sərnişin və ekipajdan heç biri sağ qalmayıb.

O vaxtdan bəri mühəndislər bununla bağlı ehtiyat tədbirləri görərək təyyarə dizaynlarında əsaslı dəyişikliklər etdilər. Artıq yanacaqlar buxarların partlayıcılığını azaltmaq üçün təmizlənir, həmçinin yanacaq sistemləri qığılcımların qarşısını almaq və yanmağa tab gətirmək üçün qorunur. Müasir təyyarələr elə qurulub ki, elektrik vurması zamanı gövdə səthinə yayılsın. Buna səth effekti deyilir. Bu proses təbii olaraq alüminiumdan hazırlanmış təyyarələrdə baş verdiyi halda, kompozit materiallardan hazırlanmış təyyarələrdə keçirici örgü ilə təmin edilir. Beləliklə, təyyarədə ildırım vurmasına dair zərrə qədər də iz qalmır.

Mənbə: Popsci

Tərcümə etdi: Nahid Xəlilov

Paylaş
Şərh əlavə et