Bu gün:

Kembricdən vaxtından əvvəl ölüm riskinə qarşı məsləhət


Dünyanın nadir universitetlərindən biri olan Kembric Universiteti diqqətəlayiq bir araşdırma aparıb.

Kembric Universitetinin alimləri 30 milyondan çox insanı əhatə edən 196 elmi araşdırmanı təhlil edərək yeni tapıntılara nail olublar.

Alimlər gündə 11 dəqiqə yeriməyin vaxtından əvvəl ölüm və xəstəlik riskini azaldacağını açıqlayıb. Onlar həftədə 75 dəqiqə hərəkət etmənin vaxtından əvvəl ölüm və ürək-damar xəstəlikləri, həmçinin, bəzi xərçəng növləri riskini azaltdığını açıqlayıb.

Tədqiqatçı Dr. Soren Brage, - “İngiltərə hökumətinin tövsiyə etdiyi kimi həftədə 150 dəqiqə orta intensivlikdə fiziki fəaliyyətlə məşğul olmaq çətindirsə, yaxşı xəbərimiz var. Bir az fiziki hərəkət, heç hərəkət etməməkdən yaxşıdır.", - deyə bildirib. Həftədə 75 dəqiqə idman etməyin yaxşı bir başlanğıc olacağını deyən mütəxəssislər bu səviyyədə idman etməyin faydaları olduğunu da dilə gətirdilər.

Britaniya mətbuatına danışan Dr. Leandro Garcia, - “Orta intensivlikli məşqlər qaçış və ya idman deyil. Bu işə getmək və ya velosiped sürmək ola bilər. Uşaqlarınız və nəvələrinizlə oyun oynamaq da bu məşqlər arasında sayıla bilər", - deyib.

Paylaş
Şərh əlavə et