Bu gün:

Pişiyinizin sevgisini qazanmaq üçün bunları edin


Sərbəstliyi ilə tanınan pişiklər üzərində aparılan yeni bir araşdırma pəncəli dostların sizi sevməsinin yollarını ortaya qoydu.

Fransanın Paris Nanterre Universitetinin tədqiqatçıları pişiklərin sevgisini qazanmaq üçün izlənilə biləcək üsulları paylaşıblar. Xüsusilə ilk görüşdə pişiklərin sizi sevdirməyin bəzi yolları olduğunu ifadə edən araşdırmada bunun sirrinin doğru bədən dili olduğuna diqqət çəkilib.

Elmi araşdırmalara görə, pişiklərin gözlərinə baxmaq və yavaş-yavaş qırpmaq, əlinizi uzatmaq, sevgi səsləri çıxarmaq ilk baxışdan pişiyin ürəyini oğurlamağa səbəb ola bilər. Pişiyi öz adı ilə çağırmaq da yaxşıdır.

Pişiklərin ümumiyyətlə tanımadığı insanlardan şübhələndiyini vurğulayan elm adamları onlara tanış hərəkət və səslərlə müraciət etməyin vacib olduğunu bildiriblər. Araşdırma üçün pişiklərlə dolu kafeni araşdıran mütəxəssislər, pişiklərin etibarını qazanmağın asan olmadığına diqqət çəkiblər.

Digər tərəfdən, pişiklərə qarşı diqqətsiz davranan insanların pəncəli dostlarının heç xoşuna gəlmədiyi bildirilib.

Araşdırma qrupundan olan Charlotte de Mouzon, vizual ünsiyyətin pişiklər üçün vacib olduğunu və nəticələr pişiklərin insanlara xas olan idrak qabiliyyətlərini inkişaf etdirdiyini göstərir.

Mənbə: Sözcü.com.tr

Tərcümə etdi: Hüseyn İlyasov



Paylaş
Şərh əlavə et