Bu gün:

Mədə xorasının yaranma səbəbləri nələrdir?


Mədədə şişkinlik, ürəkbulanma və iştahsızlıq kimi mədə-bağırsaq problemləri müşayiət olunarsa, bu, mədə xorasının əlaməti ola bilər.

BMJ Journal-da dərc edilən bir araşdırmaya görə, mədə xorasının yayılması yaş artdıqca artır və pik yayılma 40-49 yaşlı insanlarda 28,8% təşkil edir.

Doktor Banik: "Mədə xorası mədənin selikli qişasında əmələ gələn yaradır. Xora ya mədədə, ya da onikibarmaq bağırsaq kimi tanınan nazik bağırsağın başlanğıc hissəsində əmələ gəlir və mədə turşusunun altındakı toxumaların zədələnməsinə imkan verir".

Həkimin sözlərinə görə, mədə xorası bakteriya və qeyri-steroid iltihabəleyhinə dərmanların istifadəsi zamanı yaranır.

Dr. Banikin sözlərinə görə, həddindən artıq alkoqol istifadəsi, siqaret çəkmək, uzun müddətli stress də mədə xorasına səbəb ola bilir.

Mənbə: Onlymyhealth

Tərcümə etdi: Gülay Orucova

Paylaş
Şərh əlavə et