Bu gün:

Bilmədən etdiyimiz gigiyena səhvləri


Biz hamımız gigiyena qaydalarına riayət etməyə və özümüzü sağlam saxlamağa çalışırıq. Bəs siz insanların çoxunun bilmədən etdiyi ümumi gigiyena səhvlərini bilirsinizmi?

Əl gigiyenasına məhəl qoymamaq

ABŞ Xəstəliklərə Nəzarət Mərkəzinə görə, sabunla əllərin yuyulması diareyadan əziyyət çəkən hər üç uşaqdan birini qoruya bilər. Bu, mikrobların yayılmasını əhəmiyyətli dərəcədə azalda biləcək sadə bir addımdır. Eyni zamanda, əllərimizi ən azı 20 saniyə yumalıyıq.

Diş fırçasını düzgün təmizləmək 

Təmizləmə alətiniz bakteriyalara ev olub ağız gigiyenanıza təsir edə bilər. Bir çox insanlar diş fırçalarını qapalı qablarda saxlayır. Bu da bakteriyaların böyüməsi üçün ideal olan nəmli mühiti yaradır. Bunun əvəzinə hər istifadədən sonra diş fırçanızı yaxşıca yaxalayın və düzgün quruması üçün açıq hava tutacağında dik vəziyyətdə saxlayın.

Telefon gigiyenasına diqqət

Siz də dəriyə qulluq rejiminə əməl etməyinizə baxmayaraq, qüsursuz dəri əldə edə bilmirsiniz? Bu, telefonunuzun gigiyenasına məhəl qoymamağınızın nəticəsi ola bilər. Mikrobları əlimizdən cihaza ötürən telefonlarımızı daim istifadə edirik. Telefonunuzu müntəzəm olaraq, spirtli salfetlər və ya elektron cihazlar üçün nəzərdə tutulmuş dezinfeksiyaedici sprey ilə dezinfeksiya etməlisiniz.

Şəxsi əşyaların paylaşılmas

Paylaşmaq gözəl bir şeydir, amma şəxsi əşyalara gəldikdə geriyə addım atmalısınız. Dəsmal, ülgüc və ya makiyaj fırçası kimi şəxsi əşyaların paylaşılması bakteriya, göbələk və virusların ötürülməsinə səbəb ola biləcək ümumi səhvdir.

Məişət əşyalarının düzgün təmizlənməməsi

Qapı tutacaqları, açar kimi tez-tez toxunulan məişət əşyaları bakteriya və virusları saxlaya bilər. Təəssüf ki, bir çox insanlar gündəlik təmizlik zamanı bu əşyalara diqqət yetirmirlər. Kompüter klaviaturaları, soyuducunun tutacaqları və kran düymələri kimi asanlıqla unudulan yerlərə diqqət etmək lazımdır.

Sağlamlığımızı qorumaq və xəstəliklərin yayılmasının qarşısını almaq üçün gigiyenaqaydalarına düzgün riayət etmək çox vacibdir.

Mənbə: Onlymyhealth

Tərcümə etdi: Gülay Orucova

Paylaş
Şərh əlavə et