Bu gün:

Qaraciyər şişi siz bilmədən inkişaf edir


Qaraciyərdəki şişlər ilkin mərhələdə simptomlarını çox az göstərir. Bu səbəbdən xoşxassəli şişlər adətən müayinələr və ya öd kisəsində daşların müayinəsi zamanı təsadüfən aşkar edilir. 

Bədənimizdəki ən mühüm orqanlardan biri olan qaraciyər yediyimiz qidaların bədəndə yararlı hala gətirilməsi, həyat üçün vacib olan zülalların sintezi, zəhərli maddələrin bədəndən atılmasına qədər bir çox vəzifələri yerinə yetirir. Xülasə, qaraciyər orqanizmimiz üçün əvəzolunmaz orqanlar sırasındadır. Buna görə də qaraciyərin sağlamlığını pozan xəstəliklər böyük risk yaradır.

Bu xəstəliklərin başlanğıcında qaraciyərdə əmələ gələn “yaxşı” və “pis” xassəli şişlər durur. Bu gün piylənmə, alkoqol artması ilə qaraciyərin bədxassəli şişlərinin tezliyi ildən-ilə artmaqda davam edir. O qədər çox ki, dünyada hər il təxminən 800 min insana qaraciyər xərçəngi diaqnozu qoyulur.

Acıbadem Ataşehir Xəstəxanası Ümumi Cərrahiyyə Mütəxəssisi Prof. Dr. Mert Erkan yaxşı və bədxassəli qaraciyər şişlərində erkən diaqnozun son dərəcə əhəmiyyətli olduğunu diqqətə çatdırıb: "Erkən diaqnoz qalıcı müalicə şansı üçün ən əhəmiyyətli faktordur. Bundan başqa, xoş və bədxassəli qaraciyər şişlərinin müalicəsi də referans mərkəzlərində aparılır". 

Bu gün erkən diaqnoz sayəsində birincili qaraciyər şişləri, yəni öz toxumasından qaynaqlanan, eyni zamanda, yoğun bağırsaq kimi digər orqanlarda inkişaf edən şişlərin qaraciyər metastazları qalıcı şəkildə müalicə edilə bilər.

Mənbə: Güneş gazetesi

Tərcümə etdi: Gülay Orucova

Paylaş
Şərh əlavə et