Bu gün:

Bu araşdırma sosial medianı iki yerə bölür!


Son illərdə, xüsusilə, sosial mediada astrologiyaya və bürclərə marağın artdığını müşahidə etmiş ola bilərsiniz. Dünyada astrologiyaya maraq artdıqca elm adamları bu artımın səbəbini tapmaq və astrologiya ilə zəka və təvazökarlıq kimi bəzi əsas şəxsiyyət xüsusiyyətləri arasında əlaqə yaratmaq üçün yeni bir araşdırma apardılar.

İnsanlarımızın çoxu üçün astrologiya qəzet səhifələrində oxuduğumuz gündəlik bürcdən kənara çıxmırdı, amma son illərdə astrologiya kimi mövzulara inanılmaz maraq və tələbat var. Əslində, astrologiya odur ki, Günəş və Ay kimi planetlərin illərlə hərəkətləri araşdırılaraq insan həyatına təsirləri şərh edilir. Tarix boyu “elmi” sayılsa da, bugünkü müasir elm anlayışına zidd bir sistem kimi görünür.

Təbii ki, son illər həm dünyada, həm də ölkəmizdə artan maraqla bir çox elm adamlarının gözü astrologiyanı sevərlərə çevrilib.

2018-ci ildə aparılan bir araşdırma Amerikada 18 yaşdan yuxarı insanların 29%-nin astrologiyaya inandığını və qadınların kişilərdən daha çox inam bəslədiklərini ortaya qoydu. Əvvəlki araşdırmalar göstərdi ki, stresli həyat sürən insanlar astrologiyaya və müxtəlif mistik inanclara daha çox meyillidirlər.

Tədqiqatın başqa bir mövzusu astrologiya ilə narsisizm (özünü bəyənmə) arasındadır. Nəticələrə görə, astrologiyaya inanan insanların daha çox narsistik davranışlar sərgilədiyi ortaya çıxıb. Nəhayət, araşdırma göstərdi ki, yüksək IQ-lü və ziyalı insanlar paranormal və qeyri-elmi inanclara inanmırlar.

Müşahidə olundu ki, gizli əlaqə tapmaq və əhəmiyyətsiz görünən anlayışlar arasında əlaqə yaratmaq meyli intellekt səviyyəsi ilə tərs əlaqəlidir.

Mənbə: Onedio.com

Tərcümə etdi: Namiq Atamalıyev

Paylaş
Şərh əlavə et