Bu gün:

Osmanlı Sultanı VI Mehmet Vahdettin


Bəlkə də son 10 ildə dayanmayan qəribə bir müzakirə var: Osmanlı İmperiyasının son sultanı Sultan VI Mehmed Vahdettin qəhrəmandı yoxsa xain? Gizli əməliyyatla Milli Mübarizəyə başlamaq üçün Mustafa Kamalı Samsuna göndərmişdi yoxsa Mustafa Kamalı ayağının altına çəkmək istəyirdi? Tarixçilər bu suallara cavab verməyə davam edir və biz bu cavabları sizin üçün topladıq.


Əslində, Murat Bardakçı ilə müzakirə daha da alovlanır. Son zamanlar adını tez-tez eşitdiyimiz Bardakçı bu vəziyyətlə bağlı bunları deyir,-“Vahdettinin “Get Paşa! Vətəni xilas et!" dediyi bir söz yoxdur".

Bardakçı vurğulayır ki, Osmanlı dövləti Mustafa Kamal Paşanı “müfəttiş” olaraq göndərib və sultanın yalnız onun təsdiqi fərmanla olub. Əgər əməliyyat olarsa, Bardakçı deyir ki, bunu əsgərlər hazırlayıb, hökumət təsdiq edib, sultan da bunu təsdiqləyib. Yəni Samsuna getmək Vahdettin tərəfindən verilən bir qərar deyil və nə sultanın, nə də Mustafa Kamal Paşanın yazılarında belə bir ifadə yoxdur.


Bu mübahisənin getdiyi verilişlərdən biri olan “Tarixin arxa otağı"nın aparıcısı Erhan Afyoncu da Bardakçı kimi düşünür.

O deyir,-"Hərbi nazirlik və Osmanlı Baş Qərargahı Milli Mübarizəni güclü şəkildə dəstəkləyir. Damat Ferit kimi çılğın adamların tez-tez olmasına baxmayaraq, Milli Mübarizənin arxasında çoxluq durur. Bundan əlavə Afyoncu Milli Mübarizənin təşəbbüskarı olmağın Sultan Vahdettinin daşıya biləcəyi bir yük olmadığını, sultanın o dövrdə kifayət qədər arxa planda olduğunu deyir.


İlber Ortaylı Sultan Vahdettin xain olmaq üçün kifayət qədər xarici dil bilmədiyini deyir və onun dövlət təcrübəsi olmayan bir sultan olduğunu da vurğulayır.

Həmçinin Vahdettin padşah olduğu zaman İstanbulun ancaq kiçik bir hissəsinə hakim ola bildiyini deyən Ortaylının fikrincə, sultanın hakimiyyətdən kənarda olduğu zaman da Milli Mübarizənin təşəbbüskarı olduğunu düşünmək olduqca qəribədir.

Mənbə: onedio.com

Tərcümə etdi: Namiq Atamalıyev 

Paylaş
Şərh əlavə et