Bu gün:

Gözaltı göyərmələri aradan qaldırmağın 7 yolu


Quality Life Klinikasının Dr. Yasemin Savaş gözaltı göyərmələrdən qurtulmağın yollarından danışıb. İnsanların gündəlik həyatda kədərli olmasına səbəb olan kosmetik problemlərdən biri də gözaltı göyərmələrdir. Yaxşı bir müayinə və düzgün müalicə addımları ilə bu problem minimuma endirilə bilər. Əgər xəstədə sıx gözaltı torbaları və ya göyərmələrə səbəb olan sallanmalar varsa, ilk növbədə xəstə cərrahi əməliyyata yönəldilməlidir.

1. Göz altında çökmələr varsa, bu toxuma hialuron turşusunun doldurucu iynəsi ilə aradan qaldırıla bilər.

2. Birləşdirici toxuma itkisi deyil, yalnız rəng dəyişikliyi mövcud olan zaman göz ətrafına xüsusi kimyəvi pilinq tətbiqləri edilə bilər. Pilinq həmin nahiyənin rənginin xeyli açılmasına səbəb olur.

3. Birlikdə tətbiq olunacaq Nd-YAG lazer və ya fraksiya lazerin kombinasiyası həm müalicənin müvəffəqiyyətini artırır, həm də nahiyənin sıxılmasını təmin edir.

4. Ciddi birləşdirici toxuma itkisi varsa, xüsusi radiotezlik dalğası terapiyası ilə göz ətrafı gücləndirilir.

5. Dəstəkləyici müalicə olaraq göz bölgəsi ilə birlikdə bütün üzə tətbiq olunacaq PRP tətbiqi həm üzdə, həm də göz altında əhəmiyyətli bir canlılıq təmin edir. Bu  xəstənin məmnuniyyətini daha da artıra bilər.

6. Somon DNT tətbiqi də ümumi olaraq dərini parlaqlaşdırır və keyfiyyətini artırır. Göz bölgəsində əhəmiyyətli bir dəyişiklik yaradır.

7. Tərkibində E, K, C vitaminləri olan krem və serumların istifadəsi müalicənin uğurunu artırır. Bütün bu müalicə variantları arasından düzgününü seçmək, xəstənin şikayətinin səbəbini dəqiq müəyyən edib, onu düzgün istiqamətləndirmək vacibdir.

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş
Şərh əlavə et