Bu gün:

Qəlyan və elektron siqaretin zərərləri


Sinə Xəstəlikləri Mütəxəssisi Dr. Fadime Tülücü qəlyan və elektron siqaret kimi məhsulların siqaret qədər təhlükəli olduğunu bildirib.

Qəlyan və elektron siqaret kimi məhsulların zərərli olduğu iddialarının tamamilə məqsədyönlü və aldadıcı olduğunu bildirən Fadimə Tülücü,-“Son illərdə artan qəlyan istifadəsi bütün digər tütün məmulatları kimi zərərli olmaqla bərabər, vərəm və hepatit kimi xəstəliklərin ötürülməsi üçün risk yaradır. Tütün sənayesinin siqareti tərgitmə xüsusiyyətinə malik olduğu iddiaları ilə bazara çıxartdıqları elektron siqaretlər və tüstüsüz tütün məmulatları da siqaretə bərabər təhlükə yaradır",-dedi.

Siqaret çəkməyə cəhd edən hər 5 adamdan 3-nün aludə olduğunu ifadə edən Sinə Xəstəlikləri Şöbəsi Mütəxəssisi Dr. Fadimə Tülücü,-"Bu səbəbdən tütün sənayesi gəncləri hədəf alır. Uşaq bağçasından başlayaraq uşaq, gənc və böyük yaş qruplarına xas təhsil proqramları tütün məmulatlarının istifadəsinin qarşısını almalıdır",-dedi.

Siqareti tərgitmək üçün çətin bir müddət keçməyin lazım olduğuna diqqət çəkən və sağlamlıq təşkilatlarından dəstək tələb edən Uzm. Dr. Fadimə Tülücü,-"Sevdiklərinizə bir yaxşılıq edin və siqareti buraxın. Təbii ki, siqareti atmaq çətin və ciddi bir işdir. Amma imkansız deyil",-dedi.

Mənbə: Sabah Haber

Tərcümə etdi: Gülsər Qədirli

Paylaş
Şərh əlavə et