Bu gün:

Bu, kollagenin ən güclü mənbəyidir!


Kollagen istehsalının azalması ilə dəriniz zamanla elastik quruluşunu itirir. Kollagen miqdarının azalması dəridə qırışların və incə xəttlərin artmasına səbəb olur. Bu səbəblə dərinizə kollagen dəstəyi təmin etməlisiniz. Propolis çox güclü kollagen mənbəyi olduğu üçün dəri hüceyrələrini qısa müddətdə bərpa etməyə və dərinizi yeniləməyə kömək edir. Propolisli krem və maskadan istifadə etməklə erkən qocalmanı dayandırmaq mümkündür.

Dərinizdə zamanla kollagen istehsalının azalması qırışlar, sallanmalar, dəri ləkələri və incə xəttlər kimi yaşlanma izlərinin daha qabarıq görünməsinə səbəb olur.

Propolis tərkibində arıların öz ifrazatları, qatran və mum kimi maddələr var. Arılar iynəyarpaqlı ağacların və ya həmişəyaşılların şirəsindən çıxarırlar və propolisadlı birləşmə əmələ gətirirlər. Propolis düzgün istifadə edildikdə, xüsusilə dəri üçün bir çox faydası var.

Xüsusilə infeksiya və dəri yaraları ilə mübarizədə propolisə çox üstünlük verilir. Hüceyrə bərpaedici xüsusiyyəti ilə propolis dəridə kollageni də saxlayır. Propolislə bağlı çoxlu araşdırmalar onun dəri üzərində faydalarını ortaya qoyur. Propolis keyfiyyətli antioksidant kimi tanınır. Dərini baxımlı, canlı və qüsursuz göstərir. Tərkibində propolis olan baxım kremlərindən müntəzəm istifadə etməklə dərinizi xarici faktorlara qarşı güclü etmək mümkündür.

Kollagen dəstəyi ilə dəriyi gəncləşdirir

Dəri üçün propolis kollagen dəstəyini təmin edir. Bu xüsusiyyəti ilə hüceyrələri sürətlə yeniləyir. Qırışların və incə xəttlərin görünüşünü azaldır. Propolisin tərkibindəki kollagen dərinin kollagen səviyyəsini artırır və dərinin cavanlaşması və dartılmasını təmin edir. Dərinin elastik strukturunu qoruduğu və kollagenin istehsalını dəstəklədiyi üçün dərinin qırışmasının da qarşısını alır.

Dərinin elastik strukturunu qoruduğu və kollagenin istehsalını dəstəklədiyi üçün dərinin qırışmasının da qarşısını alır.

Yaraları və yanıqları müalicə edir

Propolis dəridəki yaraları, incə sıyrıqları və cizgiləri də müalicə edir. Dərinin səthində infeksiyaların qarşısını almaq üçün propolisdən də istifadə edə bilərsiniz. Propolis dəridəki yaraların daha tez sağalmasına kömək edir. Dəri səthinə həm dərmanlarla, həm də tək tətbiq oluna bilər. Propolis dərinin qıcıqlanmasının qarşısını alır və dərini yumşaldır. Dərinin səthini yaxşılaşdırır və daha hamar edir.

• Propolisin istifadəsi üçün propolis ekstraktı, serum və ya xam propolisdən istifadə edə bilərsiniz.

• Propolis adətən suda həll olur. Yəni səhər yuxudan duranda dərinizə masaj edərək bir neçə damcı propolis essensiyasını çəkə və su ilə təmizləyə bilərsiniz.

• Səhər və axşam dərinizə propolis çəkə bilərsiniz.

Əhəmiyyətli! 

• Propolis seçərkən diqqətli olmaq lazımdır. Çünki bazarda saxta propolislər də var.

• Herbalistlərdən propolis alarkən etibar etdiyiniz markalara və məhsulun tam təbii olub olmamasına diqqət etməlisiniz.

• Həssas və allergik dəriniz varsa, propolisdən istifadə etməzdən əvvəl mütəxəssislə məsləhətləşməniz tövsiyə olunur.

Mənbə: Postacı Gazatesi

Tərcümə etdi: Gülsər Qədirli

Paylaş
Şərh əlavə et