Bu gün:

Saqqız ağızdakı bakteriyaları öldürürmü?


Saqqız çeynəmək bəzi insanlar tərəfindən lazımsız hesab edilsə də, mütəxəssislər saqqızın ağızdakı 100 milyon bakteriyanı öldürdüyünü açıqlayıb. Saqqız çeynəməyin nəfəsimizin təravətli olmasına kömək etdiyi hər kəsə məlumdur. Bundan əlavə, bədənin ən güclü müdafiə mexanizmi olan tüpürcək ifrazını da artırır. Buna görə də, gün ərzində saqqız çeynəmək sizin üçün yaxşı seçim olacaq. 

Şəkərsiz saqqız ağız sağlamlığını bir çox cəhətdən dəstəkləyir. Lövhə və boşluqların əmələ gəlməsinin qarşısını alır, diş minasında mineral pozğunluqları düzəldir, diş ləkələrinin əmələ gəlməsinin qarşısını alır və onları azaldır. Sağlam ağız sağlam bədənlə birbaşa bağlıdır. Bakteriyaların ağızdan qəbulu müxtəlif xəstəliklərə səbəb olur. 

Saqqız çeynəmək bəziləri üçün zövq, bəziləri üçün isə ağrıdır. Saqqız çeynəyən insanın səsləri  bəzi insanları dəli etsə və bunun lazımsız bir şey olduğunu düşünsə də, mütəxəssislər 10 dəqiqə ərzində saqqız çeynəməyin ağızda yığılan 100 milyon bakteriyanı öldürdüyünü açıqladılar.

Diş ipi öz işini görür

Mütəxəssislər saqqızın bundan daha uzun müddət çeynədiyi halda ağızda tüpürcək yenidən mikrobların yığılmağa başladığını, şəkərsiz saqqızların qısa müddət ərzində çeynəmənin ağızda diş ipi rolunu oynadığını da bildiriblər.

Mənbə:Hüriyyet

Tərcümə etdi:Hüseyn İlyasov


Paylaş
Şərh əlavə et