Bu gün:

Siqareti buraxdıqdan sonra bədəndə nə baş verdiyinə baxın!


Sağlamlığa zərərli olan siqaret insanın həyatına mənfi təsir göstərir. Hətta ondan istifadə edən vətəndaşların ölümünə səbəb olan siqaret bədəndən atıldıqda mənfi təsirlər müsbətə çevrilir. Hər 10 ölümdən birinin səbəbi siqaret olsa da, gətirdiyi sağlamlıq problemləri saymaqla bitmir. Aşağıda sadalananlar sözügedən problemlərə daxildir:

• Xərçəng

• Ürək-damar xəstəlikləri

• Tənəffüs sistemi xəstəlikləri

• Cinsi disfunksiya

• Böyrək xəstəlikləri

• Depressiya

Yuxarıda qeyd olunan xəstəliklər siqaret sayəsində insanın həyatına daxil olur və bəzi hallarda ölüm kimi ağrılı nəticəyə səbəb olur.

Siqaret aludəçisi olanlar bu vəziyyətdən asanlıqla qurtula bilmirlər. Onlar uzun müddət müalicə dönəmi keçməlidirlər. Ancaq uğur qazanıb siqareti atsanız, aşağıdakı müsbət hallarla qarşılaşa bilərsiniz.

Siqareti tərgitdikdən sonra

• 20 dəqiqədən sonra qan təzyiqi normala qayıdır.

• 8 saatdan sonra qanda oksigenin miqdarı normala qayıdır.

• 24 saatdan sonra karbonmonoksit azalır və oksigen artır.

• 72 saatdan sonra nəfəs rahatlaşır

• Qan dövranı 1-2 həftədən sonra yaxşılaşır.

• Tənəffüs yollarının infeksiyası riski azalır.

• 3-9 aydan sonra öskürək və tənəffüs yolları problemi yaxşılaşacaq.

• 12 aydan sonra koroner ürək xəstəliyi riski iki dəfə azalır.

• 12-36 aydan sonra xərçəng riski 50% azalır.

• 5 ildən sonra infarkt keçirmə riski 50% azalır.

Mənbə: ensonhaber.com

Tərcümə etdi: Lumu Zülfüqarova 

Paylaş
Şərh əlavə et