Bu gün:

Ağcaqanadları dəf etmək üçün ideal qoxu!


Aparılan araşdırma ağcaqanadların bəzi insanları niyə daha çox dişlədiyini və bunun qarşısını necə alacağını açıqlayıb. 

ABŞ-ın Virciniya Politexnik İnstitutu və Dövlət Universitetində aparılan bir araşdırma ağcaqanadların sizi davamlı olaraq seçməsinin səbəbinin öz bədən qoxunuz və ya sabununuzun qoxusunun ola biləcəyini ortaya qoydu. Tədqiqat bunun ikisinin unikal birləşməsindən qaynaqlandığını da vurğuladı.Tədqiqatçı Chloe Lahondere deyir: "Nəticələrimizdə təəccüblü olan müəyyən sabun kimyəvi maddələri ilə hər bir fərdin bədən qoxusu arasındakı qarşılıqlı əlaqənin əhəmiyyəti idi. Bəzi sabunlar bəzi insanların cəlbediciliyini artırır, bəzilərinin isə yox”, - dedi.

Onlara iyrənc görünən qoxular da var

Yalnız dişi ağcaqanadlar dişləyir, bu da yalnız cütləşmədən sonra olur. Qalan vaxtlarda nektarla qidalanırlar. Bu o deməkdir ki, sabunlarda insan qoxusundan əlavə, ağcaqanadlar meyvə qoxularına da cəlb olunur. Eynilə, sabunların tərkibində itici olduğu bilinən bəzi kimyəvi maddələr var. "iScience" jurnalında dərc edilən araşdırmada dörd könüllü, dörd sabun növü və çoxlu sayda ağcaqanad iştirak edib.

Tədqiqatda ağcaqanadlar və könüllülər heç vaxt bir-birləri ilə birbaşa tanış olunmayıb. Bunun əvəzinə, könüllülər ağcaqanadlara təklif olunan parça qırıntıları ilə yanaşı, köhnəlməmiş parça zolaqlarını geydilər. Bir sıra testlərdən sonra ağcaqanadların yuyulmayan insanlara getdiyi məlum olub. Tərkibində hindistan cevizi yağı olan sabun da həşəratları dəf etmək üçün ən təsirli seçim kimi qəbul edilirdi.

Mənbə: Sözcü

Tərcümə etdi: Xədicə Cabbarlı

Paylaş
Şərh əlavə et