Bu gün:

Zəncəfilin faydaları


Zəncəfil dünyanın ən sağlam və dadlı ədviyyatlarından biridir. Yeməklərə ləzzət verir. Bədənimizin sağlam qalması üçün çoxlu vitamin və minerallara ehtiyacı var. Digər tərəfdən, zəncəfil qida dəyəri sayəsində bu ehtiyacın bir hissəsini təmin edir və bədənimizə bir çox cəhətdən faydalı təsir göstərir.


1. Zəncəfildə faydalı bir maddə olan gingerol var

Çin mənşəli zəncəfil  zərdeçal və qalanqal kimi otlarla eyni bitki növünə  aiddir. Zəncəfilin kök hissəsi, ümumiyyətlə, istifadə olunur. Qədim zamanlardan bəri istifadə olunan zəncəfil tez-tez həzmi yaxşılaşdırmaq, ürək bulanmasını aradan qaldırmaq, qrip  və soyuqdəymə üçün istifadə olunur. Bundan əlavə, toz zəncəfil bu gün müxtəlif meyvə şirələrindən kosmetikaya qədər bir çox sahədə də istifadə olunur. Həmçinin  yeməkdə ləzzət vermək üçün ədviyyat kimi də istifidə edildiyi bilinir. Zəncəfilə gözəl qoxu və ləzzət verən maddə gingerol maddəsidir. Gingerol zəncəfildə olan bir növ yağdır. Zəncəfilə faydalı təsir göstərən bu maddədir. Bunun sayəsində zəncəfil antiinflamatuar və antioksidan xüsusiyyətlərə malikdir.

2. Zəncəfil də əzələ ağrılırını azaltmaq üçün faydalıdır 

Zəncəfilin əzələ ağrısına qarşı təsirli olduğu da göstərilmişdir. Bir araşdırma nəticəsində, 11 gün ərzində gündə iki qram zəncəfil yeyən insanların qollarındada əzələ ağrısını azaltdığını müəyyən etdilər. Bu araşdırmaya görə, zəncəfil əzələ ağrısını dərhal aradan qaldırmağa kömək edir.

3. Zəncəfil şəkər xəstəliyi və ürək üçün xeyirlidir

Araşdırmada zəncəfilin diabetə qarşı faydalı təsirləri olduğu barədə məlumatlar əldə edildi. Bu işdə 41 tip 2 diabetli xəstə iştirak etdi və bu xəstələrə gündə 2 qrama qədər zəncəfil tozu verildi. Tədqiqat nəticəsində, bu praktikanın qan şəkərini 12% azaltdığı müəyyən edildi. Uzun müddətli qan şəkərini də əhəmiyyətli dərəcədə artırdığı və 10 həftə ərzində qan şəkərinin 12% azalmasına səbəb olduğu başa düşüldü. Zəncəfil xərçəngin qarşısını almağa kömək edə biləcək dərmandır. 

Xərçəng anormal hüceyrələrin nəzarətsiz böyüməsi ilə özünü göstərən çox ciddi bir xəstəlikdir. Zəncəfil ekstraktı müxtəlif xərçəng növləri üçün alternativ bir müalicə olaraq tədqiq edilmişdir.

Mənbə: Habertürk

Tərcümə etdi: Tərlanə Abdullayeva

Paylaş
Şərh əlavə et