Bu gün:

Bel yırtığı daha çox kişilərdə görülür


Mütəxəssislər bel yırtıqlarının ən çox 40-50 yaş arasında rast gəlindiyini, həyat keyfiyyətini pozan xəstəliklər arasında olduğunu və daha çox kişilərdə rast gəlindiyini bildiriblər. 

Beyin və Sinir Cərrahiyyəsi Mütəxəssisi Dos. Dr. Ahmet Levent Aydın bel yırtığının səbəblərini belə açıqlayır: "Təkrarlanan mexaniki gərginliklər, əzələ toxumasını canlı tutacaq aktiv həyatdan uzaq durmaq, bel bölgəsini həddindən artıq məcbur edəcək şüursuz hərəkətlər, ağır idman etmək, obezite, erqonomikaya əhəmiyyət verməmək gündəlik həyatda siqaret, genetik faktorlar, belin molekulyar quruluşunu dəyişən mutasiyalar, beldən irəli əyilərək ağırlıq qaldırmaq, oturarkən irəli əyilmək, hətta oturarkən və ağırlıq qaldırarkən irəli əyilmək beli həddindən artıq uzadaraq yırtıqlara səbəb olur".

Aydın: "Bəzi araşdırmalarda qadınların genetik olaraq kişilərə nisbətən, bel yırtığına daha çox meyilli və həssas olduğu və hamiləliyin də bel yırtığının görülmə nisbətini artırdığı, qadınlarda görülmə sıxlığının daha çox olduğu ifadə edildi. Bununla belə, başqa araşdırmalara əsasən, xəstələrin sayı kişilərdə qadınlara nisbətən, 2 dəfə çoxdur. Nəticələrə görə, fərqliliyin səbəbi kişilərin qadınlardan daha həvəskar və ya peşəkar səviyyədə daha çox fiziki işlə məşğul olması və onurğa sütununu gücləndirən idmana daha çox maraq göstərməsi kimi göstərilə bilər."

Mənbə: Güneş gazetesi

Tərcümə etdi: Məryəm Abdullazadə

Paylaş
Şərh əlavə et