Bu gün:

Üç həftə davam edən halsızlığa diqqət edin


Daxili Xəstəliklər Mütəxəssisi Dr. Serdal Baysal yaz ayları ilə ortaya çıxan şikayətlərin ciddiyə alınmalı olduğunu bildirib. Baysal yaz yorğunluğunun yazın gəlişi ilə ortaya çıxan və orta hesabla iki-üç həftə davam edən zəiflik, yorğunluq və istəksizlik halı olduğunu qeyd edib.

O vurğulayıb: "Boyun, bel, çiyin və ümumi oynaq ağrıları, mədə-bağırsaq sistemindəki dəyişikliklərlə bağlı mədə ağrısı, şişkinlik, qaz, qəbizlik və ishal, iştahanın dəyişməsi, nöropsikiyatrik dəyişikliklərə bağlı əsəbilik, baş ağrısı, narahatlıq, yuxu pozğunluğu, dəri, ürək, arterial təzyiq və şəkərli diabet xəstəliklərində artım müşahidə olunur.

Yaz aylarında havada istilik, işıq, rütubət və ion dəyişikliyi ilə əlaqədar insanların maddələr mübadiləsində dəyişikliklər baş verir. Mədə şikayətlərinin artması və ya mədə xəstəliklərinin təkrarlanması, qan təzyiqi və şəkərin tənzimlənməsində pisləşmələr müşahidə olunur. Yazda hərəkət və qidalanma vərdişlərinin dəyişməsi də yaz yorğunluğuna səbəb ola bilər.

Mənbə: Güneş gazetesi

Tərcümə etdi: Məryəm Abdullazadə

Paylaş
Şərh əlavə et