Qaret Beyl Bakıda uelsli fanatların atmacası ilə qarşılaşıb

Qaret Beyl Bakıda uelsli fanatların atmacası ilə qarşılaşıb

Uels milli komandasının futbolçusu Qaret Beyl Bakıda Azərbaycan yığması ilə AVRO-2020-nin seçmə qrup oyunu zamanı öz azarkeşlərinin atmacası ilə qarşılaşıb.

24media.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, fanatlar 2:0 hesablı qələbəni bayram etdikləri vaxt tribunada "Uels, qolf, Madrid" oxuyublar. Bununla da azarkeşlər 30 yaşlı yarımmüdafiəçi üçün prioritetlərin doğma ölkəsinin komandası, qolf hobbisi və İspaniyanın "Real Madrid" klubu olduğuna işarə vurublar. Daha öncə Beylin özü də "Real Madrid"dənsə Uels yığmasında özünü çox rahat hiss etdiyini açıqlayıb.

Qeyd edək ki, Uels millisi AVRO-2020-yə yüksəlmək üçün son turda Macarıstana evdə qalib gəlməli və Slovakiyanın Azərbaycan yığması ilə oyunda xal itirməsinə ümid etməlidir.