Bu gün:

Kivi meyvəsinin bilinməyən faydaları


Kivi vitaminlərlə zəngin meyvədir. Kivinin tərkibində çoxlu C və E vitaminləri var. Hava dəyişikliyindən yaranan soyuqdəymə zamanı istifadə edilməsi çox faydalıdır. Gündə 2 kivi qəbul etməklə, gündəlik C vitamininə olan ehtiyacınızın böyük hissəsini qarşılaya bilərsiniz.

Kivi kaliumla zəngin meyvədir. Xüsusilə, bədəninizdə kramplar varsa və idmandan sonra narahatlıq yaşayırsınızsa, kivi qəbul edərək bu problemlərdən xilas ola bilərsiniz.

Kivi yüksək miqdarda lif ehtiva edir. Bu liflər bağırsaqların müntəzəm fəaliyyət göstərməsini təmin edir və həzm sistemini sürətləndirməyə kömək edir. 

Tənəffüs yolu infeksiyalarına qarşı təsirlidir.

Dəridə qocalma əlamətlərini azaltmağa kömək edir.

Mədə sağlamlığını qoruyur. Reflüks, xoralar və qastrit kim xəstəliklərin əmələ gəlməsinin qarşısını alır.

Astma simptomlarını azaldır.

Qan təzyiqini tənzimləyir.

Kivinin zərərləri nələrdir?

Kivinin faydaları ilə yanaşı, zərərləri də var. Qastrit, xora və reflüks kimi mədə pozğunluğu olan insanlar bu meyvədən çox istifadə etməməli və qəbul edərkəndə həkimə müraciət etməlidirlər. Eyni zamanda, kivi bəzi insanlarda allergik reaksiyaların yaranmasına səbəb ola bilər. 

Kivi hansı xəstəliklərə faydalıdır?

Kivi astma əlamətlərini azaltma gücünə malik olduğu üçün astma xəstələrinin bolca qəbul etməli olduğu meyvələr arasındadır. Kivi yüksək antioksidan və C vitamini ehtiva etdiyi üçün astma simptomlarını yüngülləşdirir.

İmmunitet sistemini gücləndirməklə yanaşı, bir çox xəstəliklərin yaranmasının qarşısını alır. Kivi qəbulu mövsümi infeksiya xəstəliklərinə tutulma riskini əhəmiyyətli dərəcədə azaldır. Kivi şəkər xəstələrinin qəbul etməli olduğu qidalar arasındadır. Aparılan araşdırmalara görə, kivinin şəkərli diabetin qarşısının alınmasında mühüm rolu olduğu müəyyən edilib. Həmçinin kivi qanın laxtalanmasını da azaldır. Qan təzyiqini tənzimləyərək insult, infarkt kimi yüksək təzyiqin yaranmasına səbəb olan bir çox xəstəliklərin qarşısını alır. Hətta görmə qabiliyyətini yaxşılaşdırır. Arıqlamağa kömək etməklə yanaşı, yuxu rejiminizi nizamlamağa kömək edir. Kivi xərçəngin qarşısını alan meyvələr sırasında da yer alır. 

Kivinin tərkibi çoxlu vitaminlər ilə zəngindir.  Vitamin və minerallarla çox zəngin olan kivinin tərkibində A, E və K vitaminləri var. Tərkibində sink, maqnezium, kalium və kalsium kimi minerallar da var.

Mənbə: CNN Türk

Tərcümə etdi: Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et