Bu gün:

Mizofoniya xəstəliyi nədir?


Müasir cəmiyyətdə tez-tez rast gəlinən mizofoniya xəstəliyi xüsusilə qulaq həssaslığı olan insanlarda daha çox rast gəlinir. Dünyaya nəzər salsaq, hər 100 nəfərdən 20-də mizofaniya olması mümkündür. 

Adətən tək görülən xəstəliyə depressiya və obsesif-kompulsiv pozğunluq müşayiət oluna bilər. Məlum olub ki, bu pozğunluqdan əziyyət çəkən 9-13 yaş arası xəstələr, ümumiyyətlə, az danışan insanlardır.

Mizofoniya nədir?

Səsdən ikrah olaraq təyin olunan mizofoniyanın uzun bir tarixi olsa da, ilk dəfə 2001-ci ildə Jastreboff adlı bir alim tərəfindən təsvir edilmişdir. Öskürmə, televizor səsi, fit çalma, xoruldama, gülmə, saqqız çeynəmə, yerimə, əsnəmə, asqırma, danışma, iyləmə, nəfəs alma, yemək, diş fırçalama və dırnaq kəsmə kimi adi səslərdən narahat olan və ya hətta qəzəblənən mizofoniya xəstələri güclü narahatlıq keçirirlər. Dəqiq səbəbi bilinməsə də, nevroloji və psixoloji pozğunluq hesab edilən xəstəliyin beynin ön hissəsindəki fərqliliklərdən qaynaqlandığı düşünülür. 

Xəstələr ətraf mühitin səslərindən o qədər narahat olurlar ki, bir müddət sonra sosial həyatdan uzaqlaşmağa və tənhalaşmağa başlayırlar.  Xalq arasında eşitmə pozuqluğu kimi tanınsa da, eşitmə ilə bağlı qavrayışda inkişaf edən bir xəstəlik olan mizofoniya bəzi işıq səsləri ilə yanaşı yüksək və aritmik səslərə qarşı narahatlıq hissi yaradır.

Mizofoniyanın əlamətləri hansılardır?

Adətən diş fırçasının səsi, yemək səsi, fit səsi, nəfəs alma səsi kimi tətik səsi ilə ortaya çıxan mizofoniyanın simptomlarıdır. Xəstələr ətraf mühitin bu səslərinə məruz qaldıqda, nəzarəti itirir və aqressivləşərək zorakılığa əl atırlar. Çips, popkorn kimi yeyilərkən səs-küy yaradan qidalara nifrət edirlər. Səhər saatlarında zəng çaldığında həddindən artıq qəzəblənmək və gün ərzində həyəcan siqnalından narahat olmaq da həmin göstəricilərdəndir.

Körpənin ağlamasına dözə bilməmək, məktəbdə, işdə və ya hər hansı bir yerdə ayağın yerə və ya hər hansı bir obyektə ritmik şəkildə vurması ilə bağlı narahatlıq, səs-küydən yaranan diskomfort hissinə dözə bilmədiyi üçün evdən çölə çıxmaq və sosial vəziyyətlərdə olmaq qorxusu bu xəstəliyin göstəriciləridir.

Bu və buna bənzər narahatlıqlar hər kəsin zaman-zaman hiss etdiyi narahatlıqlardır. Bununla belə, mizofoniya xəstələri ətraf mühitin səslərinə həddindən artıq reaksiya verirlər.

Mizofoniyanın səbəbləri nələrdir?

Mizofoniya ilə bağlı əvvəlki araşdırmalar xəstəliyin eşitmə və qavrayış pozğunluğu ilə əlaqəli olduğunu irəli sürdü. Amma sonradan sübut olundu ki, xəstəlik psixoloji əlamətdir. İnsanın sosial funksionallığını və həyat keyfiyyətini pozan xəstəlik olan mizofoniya adətən yeniyetməlik dövründə başlasa da, diaqnozu 30 yaşlarda qoyula bilər. İnsanlar səslərdən eşitdikləri diskomfortu xəstəlik kimi görmədikləri üçün müalicə axtarmırlar və təkbaşına öhdəsindən gəlməyə çalışırlar.

Mizofoniyanın müalicə üsulları hansılardır?

Mizofoniyanın qəti müalicəsi yoxdur, lakin araşdırmalar davam edir. Mizofoniyanın müalicəsi üçün xəstəliyə səbəb olan şərtlər və insanın sahib olduğu pozğunluqlar araşdırılmalıdır. İlk növbədə xəstənin səslərə həssas münasibətinin səbəbləri araşdırılmalı və insanın qavrayış probleminin aradan qaldırılması üçün lazımi təkliflər verilməlidir.

Psixiatrik dəstək müalicənin müvəffəqiyyətində çox təsirlidir. Psixoloji dəstək almayan xəstələr ailələri və yaxın ətrafları ilə ünsiyyət qurmaqda çətinlik çəkirlər. İnsanın səsə deyil, hadisələrə diqqətini yönəltməsinə imkan verən müalicələrlə xəstəliyi məğlub etmək mümkün ola bilər. Məsələn, yemək yeyərkən bıçaq səsinə deyil, yeməyin dadına diqqət yetirməyi təklif etmək insanı daha yaxşı hiss etdirir.

Mənbə: Medicalpark

Tərcümə: Lamiyə Cənnətzadə 

Paylaş
Şərh əlavə et