Azərbaycan-Braziliya əlaqələri müzakirə edilib

Azərbaycan-Braziliya əlaqələri müzakirə edilib

Azərbaycanın Braziliya Federativ Respublikasındakı səfiri Elxan Poluxov Rio-de-Janeyro şəhərinin meri Marcelo Crivella ilə görüşüb.

Səfirlikdən 24media.az-a bildirilib ki, görüş zamanı ikitərəfli münasibətlər, qarşılıqlı səfərlər, turizm və Formula 1 Azərbaycan Qran-Prisinin təşkili və keçirilməsi sahəsində təcrübə mübadiləsi məsələləri müzakirə olunub.

Qeyd edək ki, Rio-de-Janeyro şəhəri ilə Bakı şəhəri 2015-ci ildən etibarən qardaşlaşmış şəhər elan edilib. Bu şəhərdə 2016-cı ildən etibarən Azərbaycan adını daşıyan bələdiyyə məktəbi fəaliyyət göstərməkdədir.