Bu gün:

Süni intellekt tərəfindən təhdid olunmayan peşələr


Robotların Gücü: Süni intellekt dünyaya necə hakim olacaq?

Kitabın müəllifi Martin Ford xəbərdarlıq edir ki, süni intelektin nəticələri ağır ola bilər. 
"Eyni anda bir çox insan işsiz qala bilər və bu, təkcə fərdlərə deyil, bütün iqtisadiyyata böyük təsir göstərəcək." Xoşbəxtlikdən, bütün xəbərlər pis deyil. Mütəxəssislər hələ də süni intellektin edə bilmədiyi şeylərin olduğunu vurğulayırlar. Bunlar çox vaxt emosional zəka və ya yaradıcı düşüncə kimi insan xüsusiyyətləri tələb edən işlərdir. Bu sahələrdə işə başlamaq işinizin süni intellekt tərəfindən əlindən alınma şansını azalda bilər. 

"Elm, tibb və hüquq sahəsində yaradıcı iş hələ də təhlükəsizdir. İşi yeni hüquqi və ya biznes strategiyaları hazırlamaq olan insanlara həmişə ehtiyac olacaq." Yaradıcı işdən sonra təhlükəsiz olan ikinci kateqoriya tibb bacısı, biznes konsaltinqi və ya araşdırma jurnalistikası kimi şəxsiyyətlərarası münasibətlərin vacib olduğu işlərdir.

“Bu işlərdə insanları çox yaxşı başa düşməyi bacarmalısan. Düşünürəm ki, süni intellektin əlaqəni inkişaf etdirə biləcək şəkildə davranmağa başlaması çox vaxt aparacaq"- dedi. Üçüncü kateqoriya “çox hərəkət, çeviklik və gözlənilməz mühitlərdə problemləri həll etmək bacarığı tələb edən işlərdir”. Elektrik, santexnik, qaynaqçı kimi işlər bu kateqoriyaya aiddir: “Əksər hallarda işin özü üçün birbaşa təhlükə yoxdur, lakin iş üzrə yerinə yetirilən vəzifələr fərqli ola bilər. Şəxslərarası münasibətlərin qurulmasında bacarıqların əhəmiyyəti artacaq. 
“Süni intellektin xərçəng əlamətlərini insanlardan daha erkən fərq edəcəyini düşünə bilərik. Düşünürəm ki, gələcəkdə həkimlər bu texnologiyadan istifadə edəcəklər. Amma həkim rolunun tamamilə aradan qalxacağını düşünmürəm”.
Mənbə: BBC
Tərcümə etdi: Fidan Əlizadə

Paylaş
Şərh əlavə et