Kleopatra adı yunanca “şanlı atadan gələn” deməkdir. Müasir dövrdə "Kleopatra" deyəndə insanların çoxu Nil çayının yalnız bir kraliçası olduğunu düşünür. Lakin Kleopatra, əslində, Ptolemeylər sülaləsində bu adı daşıyan yeddinci qadın idi. Rəsmi olaraq "Kleopatra VII Filopatr" kimi tanınır.
Niyə Misir kraliçasının adı yunancadır?
Çünki Kleopatra, yunan əsilli idi. Kleopatranın ailəsi Ptolemeylər Yunanıstandan Misirə köç etmişdilər. Kleopatra Misirdə danışmağı və yazmağı öyrənən ilk Ptolemey hökmdarı idi. 300 il ərzində onun ailəsi yalnız yunan dilində danışmaqla yanaşı, Rosetta daşı da daxil olmaqla məhkəmə sənədləri həm Yunan, həm də Misirdə ikidilli idi.
Kleopatra Misir ərəbcəsi də daxil olmaqla 7 dil bilirdi. Onun ailəsində yunanca danışmağına, yunan adətlərinin hökm sürməsinə baxmayaraq, Kleopatra öz ailəsində yerli mədəniyyəti, qədim adət-ənənələri və Misir tanrılarını qəbul edən ilk ailə üzvlərindən biri idi. O dövrün tarixçilərinin verdiyi məlumata görə, Kleopatra öz ana dilindən başqa ivrit, ərəb, fars, erməni, həbəş və somali dillərini də oxuyub yaza bilirdi.
Kleopatranın özünə məxsus məşhur makiyajı bir müdafiə növü idi. "Analytical Chemistry" jurnalında dərc olunan məqalədə misirlilərin istifadə etdiyi makiyajın gözləri qoruduğu haqqında qeyd edilib. Makiyajı sağlam edən ən əhəmiyyətli tərkib hissəsinin isə makiyajdakı qurğuşun duzunun miqdarı olduğuna diqqət çəkilib. Kleopatranın makiyajı tərkibi 4 qurğuşun əsaslı maddədən ibarət idi. Məhz bu göz makiyajından Qədim Misirdə olduqca geniş yayılmış olan göz infeksiyasının qarşısını almaq üçün istifadə edildiyi deyilir.
Kleopatra düşünüldüyü qədər gözəl deyildi. Müasirləri onun gözəlliyini zahiri görkəmindən çox zəkasında, xarakterində, qarşısıalınmaz karizmasında görürdülər. “Kleopatra” adı demək olar ki, ekzotik gözəllik və qlamurla sinonimləşib. Əslində, onun xarici görünüşünə görə, Plutarx belə yazmışdı:
"Onun gözəlliyi onu görənləri heyrətə gətirmək kimi deyildi, necə ki, bizim gözəlliyimiz tamamilə müqayisə olunmaz idi". Plutarxın fikrincə, onun ağlı, cazibədarlığı və səsindəki şirinlik onu bu qədər qarşısıalınmaz edib.
İlanc sancması ilə intihar edən Kleopatra bu səbəbdən ölməmiş də ola bilər. Kleopatranın ölümü ilə bağlı çoxlu şayiələr var, lakin ən məşhur əfsanələrdən biri onun özünü ilan sancması ilə intihar etməsi idi. Qədim tarixçi Strabon yazır ki, Kleopatra həmişə yanında zəhərli daraq gəzdirirmiş. Məhz bu ehtimala görə, Kleopatranın zəhərli darağı vasitəsilə özünü öldürdüyü düşünülür. Ancaq hər zaman ilanla gəzə bilməyəcək qədər ağıllı olan Kleopatranın intihar etmək üçün öz zəhərini daşıdığı ehtimal olunur.
Kleopatra öləndə cəmi 39 yaşında idi və indiyədək məzarlığı hələ də tapılmayıb. Arxeoloqların bu gün də axtardıqları Kleopatra və Mark Antoninin qəbiristanlığı heç vaxt tapılmayıb. Lakin Misir Qədim Əsərlər Xidmətinin söylədiyi ehtimala əsasən, onların məzarlarının İsgəndəriyyənin cənub-qərbindəki Taposiris Magna məbədində və ya yaxınlığında olduğuna dair düşüncələr var.
Mənbə: Onedio.com
Tərcümə etdi: Fatimə Mustafayeva
