Bu gün:

Saçları uzatmaq üçün nə etmək lazımdır?


Təbii üsullarla hazırlanan maskalar saçların sağlam və sürətli uzanmasına, həmçinin sağlam qidalanmaya kömək edir.  Bu 7 formula ilə saçlarınızın sağlam uzanması mümkündür.

Aspirin 

Suya aspirin əlavə etdikdən sonra durulama zamanı eyni suyu istifadə etsəniz, saçlarınız güclənəcək və sürətlə uzanmağa başlayacaq.

Soğan, darçın və sarımsaq

Bu üçlüyü qaynadıb saçınıza çəksəniz, saçlarınız gündən-günə uzanmağa başlayacaq. Soğan və sarımsağın antioksidan xüsusiyyətləri məlumdur.  Bu müalicə ilə baxımlı saçlara nail olmaq mümkündür.

Saçınızı darayın

Gün ərzində saçlarınızı darasanız, saç dərinizdə qan dövranı sürətləndiyi üçün saçlarınız asanlıqla uzanmağa başlayacaq.

Kartof, yumurta və bal

Qaynadılmış kartofun suyunu yumurta sarısı və bal ilə qarışdırıb saçınıza çəkin. Sonra saçınızı yuyun. Bu maskanı həftədə bir dəfə tətbiq etdiyiniz zaman saçlarınızın parıldadığını və sağlam uzandığını görəcəksiniz.

Qırmızı turp və yumurta

Qırmızı turpu rəndələyin və 2 stəkan suyun içində qaynadın. Yumurtanın sarısını soyuduqca əlavə edin. Bu saç maskasını həftədə bir dəfə tətbiq edin və sağlam saçlara sahib olun.

Yerkökü və yumurta

İki yerkökü 2 litr suda qaynadın və yumurta sarısını əlavə edin. Bu qarışığı saçınızda saxladıqdan sonra yuyun. Bu təbii maskanı həftədə bir dəfə tətbiq etməklə saçlarınızı uzada bilərsiniz.

Alma sirkəsi

Duşdan çıxmağa yaxın saçlarınızı alma sirkəsi ilə yusanız, saçlarınızın parlaq və sürətli uzanmasını təmin edə bilərsiniz.

Mənbə: CNN Türk

Tərcümə etdi: Lalə Mənəfova

Paylaş
Şərh əlavə et